Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, EBRD) Azərbaycan manatında 50 milyon AZN həcmində üzən faizli istiqraz emissiyasına başlayır.
Marja.az xəbər Emissiya Prospektinə istinadən verir ki, 500 ədəd, hər biri 100 min AZN nominal dəyərində olan istiqrazlar 1 oktyabr 2025-ci ildə ticarətə buraxılacaq və 1 oktyabr 2026-cı ildə geri ödəniləcək.
İstiqrazların illik faizi Azərbaycan Banklararası Faiz Dərəcəsi (AZIR) əsasında müəyyən olunacaq və ödənişlər rüblük qaydada həyata keçiriləcək.
İstiqrazlar Bakı Fond Birjasında listinqə daxil ediləcək.
"İstiqrazlar hər birinin nominal dəyəri 100,000 AZN təşkil edən, 500 ədəd adlı, sənədsiz formada və təmin edilməmiş şəkildə buraxılacaqdır. İstiqrazlar Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 1 oktyabr 2025-ci il tarixində, istiqrazların nominal dəyərinin 100%-i dəyərində emissiya qiyməti ilə buraxılacaq və istiqrazların ödəmə müddəti 1 oktyabr 2026-cı il tarixidir. İstiqrazlar üzrə faiz ödənişləri, aşağıda təqdim olunan İstiqrazların təklif Şərtlərinə və Müddəalarına müvafiq olaraq, hesabat dövrü başa çatdıqdan sonra rüblük əsasda Toplanan Azərbaycan Banklararası Faiz Dərəcəsi (AZIR) üzrə həyata keçirilir. İstiqrazlar Bakı Fond Birjasında yerləşdiriləcək və listinqə qəbul ediləcək. İstiqrazlar bankın birbaşa və təminatsız öhdəliyi olacaqdır. İstiqrazlar hər hansı hökumətin və ya Bank üzvünün öhdəliyində deyil", - Emissiya Prospektində deyilir.
Buraxılışda cəlb olunacaq vəsaitlər Bankın adi kapital ehtiyatlarına daxil ediləcək və onlardan Bankın adi əməliyyatlarında istifadə olunacaqdır.
"Bu emissiya Azərbaycanın kapital bazarında mühüm hadisə hesab olunur və yerli bazarda milli valyutada istiqrazların rolunu daha da gücləndirəcək", - EBRD bildirib.
Anderrayterlər "ABB-İnvest İnvestisiya Şirkəti" QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC-lərddir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
XXX
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, EBRD) Azərbaycanda ilk dəfə istiqraz emissiya edir.
"Marja" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir. Məlumata görə, Bank ümumilikdə 50 milyon manat həcmində istiqraz buraxacaq.
İstiqrazların hər birinin nominal dəyəri 100 min manat olan sayı isə 500 ədəddir.
İstiqrazlar "Bakı Fond Birjası" QSC-də yerləşdiriləcək, 1 oktyabr 2025-ci ildən 1 oktyabr 2026-cı ilə qədər dövriyyədə olacaq. Faizlər AZİR indeksinə uyğun olaraq rübdə bir dəfə ödəniləcək.
Anderrayterlər "ABB-İnvest İnvestisiya Şirkəti" QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC-lərddir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 saat sonra
- 6 d. əvvəl
-
- 36 d. əvvəl
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
11 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda daha bir bank zərər ilə işləməyə başlayıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Ən çox oxunanlar
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub















.jpg)




