Ən yuxarı (mobil)_30

“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri "PAŞA Bank" ilə strateji tərəfdaşlığı elan ediblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri  "PAŞA Bank" ilə strateji tərəfdaşlığı elan ediblər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın ən iri və etibarlı maliyyə institutlarından biri olan "PAŞA Bank", 2025-ci ilin payızında və 2026-cı ilin yazında Bakıda “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) tərəfindən təşkil ediləcək beyəlxalq sərgilərin rəsmi bankı qismində çıxış edir.

“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinin yaydığı birgə məlumata görə, bu əməkdaşlıq bazar liderlərinin güclü sinerjisini nümayiş etdirir və sərgilərin yüksək statusunu, eləcə də ölkənin iqtisadi inkişafına verdiyi töhfəni bir daha təsdiqləyir.

Qeyd edilib ki, 25 ildən artıq fəaliyyəti dövründə “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətləri özünü beynəlxalq sərgilərin və konfransların təşkilində aparıcı oyunçular kimi təsdiqləmiş, dünyanın minlərlə iştirakçısını, investoru və ekspertini bir araya gətirmişdir.

“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinin direktoru Fərid Məmmədovun sözlərinə görə, PASHA Bank kimi tərəfdaşla əməkdaşlıq bu sərgilərin yüksək səviyyəsini və əhəmiyyətini daha da vurğulayır:

“PASHA Bank ilə əməkdaşlıq effektiv bir sinerjidir. Biz çalışırq ki, hər bir sərgimiz iştirakçılar üçün maksimum səmərəli olsun. Ölkənin aparıcı bankı ilə tərəfdaşlıq müştəri xidmətlərini yüksək səviyyədə saxlamağa və yeni istiqamətlərin inkişafına imkan verəcək.”

“Iteca Caspian və “Caspian Event Organisers” ilə əməkdaşlıq və onların təşkil etdiyi beynəlxalq sərgilərdə iştirak etmək kiçik və orta biznesin inkişafına töhfə vermək üçün böyük imkan yaradır. Əminik ki, “Iteca Caspian və “Caspian Event Organisers”  tərəfindən təşkil olunan çoxprofilli sərgilər investisiya, innovasiya və yeni ideyaların mərkəzinə çevrilərək, sahibkarların təcrübə mübadiləsi aparmasına və imkanlarını genişləndirməsinə şərait yaradır. Bu isə biznesin maliyyə sabitliyini daha da möhkəmləndirir. PASHA Bank real sektorun etibarlı tərəfdaşı kimi biznesin inkişafı üçün əlverişli mühitin formalaşdırılması, iqtisadiyyatımızın daha dayanıqlı və rəqabətqabiliyyətli olması istiqamətində təşəbbüsləri dəstəkləməyə davam edəcək”, – deyə PASHA Bank-ın Korporativ və İnstitusional Bankçılıq seqmentinin idarəedici direktoru Heydər Süleymanov qeyd etmişdir.

Sərgilər çərçivəsində PASHA Bank bir sıra tədbirlər və təqdimatlar keçirəcək. Ziyarətçilər PASHA Bank-ın məhsul və xidmətləri ilə birbaşa sərgi məkanında tanış ola biləcəklər. Bu isə biznes əməkdaşlığının qurulması və müasir maliyyə həllərinin əldə olunması üçün əlavə imkanlar yaradacaq. Təqdim olunacaq xidmətlərə aşağıdakılar daxildir:

Hesabların ekspress açılması və kartların birbaşa sərgi məkanında rəsmiləşdirilməsi;

İştirakçılar üçün xüsusi maliyyə təklifləri;

Beynəlxalq ödənişlər və tranzaksiyalara dəstək;

Xarici qonaqlar üçün rahat xidmətlər.

Uzunmüddətli əsasda nəzərdə tutulmuş bu tərəfdaşlıq Bakıda keçirilən bütün irimiqyaslı beynəlxalq sərgiləri əhatə edir. Onların sırasında “BakuBuild”, “Caspian Agro”, “InterFood Azerbaijan”, “Aquatherm Baku”, “Rebuild Karabakh”, “Medinex” və s. yer alır.

Təşkilatçılar əmindirlər ki, bu əməkdaşlıq regionda biznes tədbirlərinin təşkilində yeni keyfiyyət standartı yaradacaq və Azərbaycana yeni iştirakçıların, investisiyaların və layihələrin cəlb olunmasına güclü stimul verəcək.

23.09.2025 15:17
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18