“Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlanıb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi 8 fəsil, 31 maddədən ibarətdir, Azərbaycan Respublikasının ərazisində nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının (qurumlarının), habelə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin və fərdi sahibkarların fəaliyyətini, həmçinin onlar arasında yaranan münasibətləri tənzimləyəcək.
Layihəyə əsasən, daşıyıcı yük daşınması müqaviləsi əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar, ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müəyyənləşdirilən nəqliyyat-ekspedisiya xidmətlərini müştərinin tapşırığı və vəsaiti hesabına göstərən və ya üçüncü şəxslər vasitəsilə göstərilməsini təşkil edən hüquqi şəxs və ya fərdi sahibkar, ekspeditora verilən muzd nəqliyyat-ekspedisiya müqaviləsinin yerinə yetirilməsi üçün müştərinin ekspeditorun bank hesabına köçürülməklə ödədiyi puldur. Ekspeditora ödənilən muzda nəqliyyat-ekspedisiya müqaviləsinin icrasına cəlb edilən şəxslərə ödənilən xidmət haqları, habelə müqavilənin icrası üzrə ekspeditorun çəkdiyi xərclər, gömrük ödənişləri, vergilər və digər icbari ödənişlər daxil deyildir.
Nəqliyyat-ekspedisiya fəaliyyəti yüklərin daşınması ilə bağlı nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi üzrə ekspeditor tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyətidir. Nəqliyyat-ekspedisiya fəaliyyətinin iştirakçıları müştərilər, ekspeditorlar, daşıyıcılar və nəqliyyat-ekspedisiya fəaliyyətinin həyata keçirilməsində iştirak edən digər hüquqi və fiziki şəxslərdir. Nəqliyyat-ekspedisiya xidmətləri – nəqliyyat-ekspedisiya müqaviləsi əsasında yüklərin bir və ya bir neçə nəqliyyat növü ilə daşınmasının təşkili və (və ya) həyata keçirilməsi ilə bağlı olan, ekspeditorlar tərəfindən göstərilən xidmətlərdir. Yük-nəqliyyat sənədi – müştəri və ya ekspeditor tərəfindən verilən, yükün müştəri tərəfindən təhvil verilməsini, eləcə də ekspeditor tərəfindən qəbul edilməsini, anbarda saxlanılmasını və təhvil verilməsini təsdiq edən sənəddir.
Ələt azad iqtisadi zonasında nəqliyyat-ekspedisiya fəaliyyəti sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” qanunun tələblərinə uyğun olaraq tənzimlənir.
Nəqliyyat-ekspedisiya xidmətləri müştəri və ekspeditor arasında bağlanılmış nəqliyyat-ekspedisiya müqaviləsi əsasında həyata keçiriləcək. Hüquqi şəxslər və fərdi sahibkarlar nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı fəaliyyətin həyata keçirilməsi üçün “Lisenziyalar və icazələr haqqında” qanunla tələb olunduğu halda zəruri lisenziyanı və icazəni almalı, habelə müvafiq müqavilələr bağlamalıdırlar. Nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmaqdıqda, nəqliyyat-ekspedisiya müqaviləsinin icrası zamanı ekspeditor öz adından və ya müştərilərinin adından üçüncü şəxslərlə müqavilələr bağlamaq hüququna malikdir. Nəqliyyat-ekspedisiya müqaviləsi ilə nəzərdə tutulan hallarda, eləcə də müqavilədə ekspeditora belə hüquq verilmədikdə müştəri tərəfindən verilən etibarnamə əsasında ekspeditor üçüncü şəxslərlə münasibətlərdə müştərinin adından hərəkət edir. Bu zaman ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müştərinin adından bağladığı bütün müqavilələrin əslini 5 (beş) gün ərzində müştəriyə təqdim etməlidir.
Ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsində nəzərdə tutulmuş öhdəliklərinin icrası üçün başqa ekspeditor cəlb etdikdə müştərinin razılığı ilə əlavə nəqliyyat-ekspedisiya müqaviləsi bağlamalıdır. Bu halda digər ekspeditoru cəlb edən ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən müştərinin hüquq və vəzifələrini əldə edir.
Hər bir tərəf 30 (otuz) iş günü əvvəldən digər tərəfə yazılı qaydada (kağız daşıyıcıda və ya elektron sənəd formasında) xəbərdarlıq etməklə nəqliyyat-ekspedisiya müqaviləsini ləğv etmək hüququna malikdir. Nəqliyyat-ekspedisiya müqaviləsi birtərəfli qaydada ləğv edildiyi halda, müqavilənin ləğvi ilə bağlı müraciət edən tərəf digər tərəfə müqavilənin ləğv edilməsi ilə bağlı dəymiş zərəri və əldən çıxmış gəlirlərini ödəyir. Müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı dəymiş zərər və əldən çıxmış gəlirlər üzrə ödənilən vəsait nəqliyyat-ekspedisiya müqaviləsinin icrası üzrə çəkdiyi xərclərin ödənilməsi üçün kifayət etmədikdə, hər bir tərəf ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Nəqliyyat-ekspedisiya müqaviləsi birtərəfli qaydada ləğv edildiyi halda, müştəri muzdun ekspeditor tərəfindən göstərilmiş nəqliyyat-ekspedisiya xidmətlərinin həcminə uyğun olan hissəsini və ekspeditorun müqavilənin icrası üzrə çəkdiyi xərcləri təsdiqedici sənədlər əsasında ödəyir. Müştəri qeyd edilən ödənişləri tam ödəmədikdə ekspeditor onların tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Nəqliyyat-ekspedisiya müqaviləsi ekspeditorun həmin müqaviləni düzgün yerinə yetirməməsi nəticəsində birtərəfli qaydada ləğv edildiyi halda müştərinin, əgər bu Qanunda və müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa, müqavilənin ləğv edilməsi ilə bağlı dəymiş zərərin və əldən çıxmış gəlirlərinin əvəzinin ödənilməsini tələb etmək hüququ var.
Ekspeditorlar könüllü olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlarla müəyyən edilmiş qaydada yaradılan ictimai birliklərdə birləşə bilərlər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
-
8 saat əvvəl
Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
-
8 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Azər-Türk Bank” səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azercell Amazon ilə tərəfdaşlıq qurur

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
Ən çox oxunanlar

Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq

Toyota yüz minlərlə avtomobili geri çağırır: Kamerasında texniki nasazlıq aşkarlanıb

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Əliyev Putinə zəng edib

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur
