ABŞ bazarlarında yüksəliş: Dow Jones yeni rekord səviyyəyə çatıb
ABŞ səhm bazarları cümə axşamı günü yüksəlib, treyderlər isə son istehlak qiymətləri indeksi göstəricisinin Federal Ehtiyat Sisteminin (Fed) faiz endirim planını pozmayacağını gözləyirdilər.
Marja xəbər verir ki, Dow Jones Industrial Average 464 bənd (1%) artaraq intraday yeni rekord səviyyəyə çatıb.
S&P 500 0,5% artaraq sessiya ərzində yeni rekord qeyd edib.
Nasdaq Composite 0,4% yüksəlib.
Avqust ayına aid istehlak qiymətləri indeksi (CPI) aylıq 0,4% artaraq proqnozu (0,3%) üstələyib, illik göstərici isə 2,9% ilə proqnozla eyni olub. Baza CPI (ərzaq və enerji çıxıldıqda) aylıq 0,3%, illik isə 3,1% artıb, hər ikisi gözləntilərlə üst-üstə düşdü.
Əlavə olaraq, istehsalçı qiymətləri indeksi (PPI) aylıq 0,1% azalıb, illik isə 2,6% artıb Həftəlik işsizlik müraciətləri isə gözlənilməz şəkildə 27 000 artaraq 263 000-ə yüksəlib(proqnoz 235 000).
Treyderlər Fed-in 17 sentyabr toplantısında faizləri 0,25 faiz bəndi endirəcəyini gözləyirlər və bir qədər də 0,5 faiz bəndi endirim ehtimalını artırıblar. Freedom Capital Markets-in baş strategisti Jay Woods bildirib ki, “Həftəlik işsizlik məlumatına baxanda, yarım faiz bəndi endirim də gündəmdədir. Əsas göstərici 10 illik ABŞ istiqraz faizidir; əgər 3%-lik səviyyəyə düşsə, bazar yüksələ bilər.”
Texnologiya sektoru və bazar həyəcanı:
S&P 500-in son yüksəlişi Oracle şirkətinin bulud biznesi üzrə proqnozlarından sonra baş verib. Oracle-ın səhmləri 1992-ci ildən bəri ən yaxşı gününü yaşayıb və bazar kapitallaşmasını 244 milyard dollar artırıb. Bu, həmçinin süni intellekt sahəsində ümumi investisiya marağını artıran siqnal kimi qiymətləndirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
25 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
29 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 42 d. əvvəl
- 45 d. əvvəl
- 47 d. əvvəl
- 48 d. əvvəl
- 51 d. əvvəl
- 52 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib






.jpg)





.jpg)







