PAŞA Sığorta şirkəti yeni tədris ili qabağı məktəbliləri sevindirdi
Davamlı olaraq KSM (Korporativ Sosial Məsuliyyət) layihələr keçirən PAŞA Sığorta şirkəti bu dəfə təhsilə və elmə dəstək məqsədi ilə Azərbaycanın cənub zonasında yaşayan bu il birinci sinifə gedəcək uşaqları sevindirib.
Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, 8 sentyabr tarixində PAŞA Sığorta şirkətinin nümayəndələri Lənkəran Dövlət üniversitetinin akt zalında bu il məktəbə gedəcək Lənkəran, Lerik, Yardımlı, Astara və Masallı rayonlarında yaşayan bir sıra az təminatlı ailələrin uşaqlarının iştirakı ilə əyləncəli tədbir keçirib.
Tədbirdə həmçinin uşaqları əyləndirmək üçün bir neçə maraqlı viktorinalar təşkil olunub.
Tədbir zamanı iştirakçılara məktəbli formaları və bütün ehtiyac duyulan ləvazimatlarla doldurulmuş məktəbli çantaları paylanılıb.
"Qeyd edək ki, tədbirdə 200-ə yaxın iştirakçı var idi. Tədbir Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə keçirilmişdir",- məlumatda deyilir.
Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















