PAŞA Kapital vasitəsilə PAŞA Bank istiqrazlarına 90 milyon manatdan artıq sifariş
13 ildən artıqdır ki, ölkənin kapital bazarlarının aparıcı investisiya şirkəti PAŞA Kapital növbəti uğurlu anderrayter layihəsinə imza atıb.
Şirkət, korporativ maliyyə sahəsində 18 ildən artıq təcrübəyə malik və etibarlı tərəfdaş kimi tanınan PAŞA Bank-ın istiqrazlarının ilkin yerləşdirilməsini uğurla tamamlayaraq, sifarişlərin ümumi məbləğinin 90 milyon 371 min 292,05 AZN təşkil etməsini təmin edib. Bu da emissiya həcmini iki dəfədən artıq üstələyib.
Emissiya həcmi 40 milyon AZN olan istiqrazlara ən çox maraq hüquqi şəxslər tərəfindən göstərilib. Ümumilikdə 20-si fiziki, 54-ü isə hüquqi şəxs olmaqla, 74 sifariş daxil olub.
Yerləşdirilən sifarişlərin həcm bölgüsünə əsasən:
Fiziki şəxslər: Sifarişlərin ümumi həcmi - 5 milyon 232 min 284.80 AZN; 13,02%
Hüquqi şəxslər: Sifarişlərin ümumi həcmi - 34 milyon 952 in 659.54 AZN; 86,98%
İstiqrazları abunə yazılışı dövründə əldə edə bilməyən şəxslər təkrar bazarda iştirak edərək istiqraz sahibi ola bilər. PAŞA Bank istiqrazları üzrə faiz (kupon) ödənişləri 14 avqust 2025-cü il tarixindən hesablanmağa başlanılıb və ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 d. əvvəl
-
- 29 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq























