“Üfüq” Karyera İnkişaf Proqramının qaliblərinin təltif olunma mərasimi keçirilib
Qaliblər mentorluq proqramı çərçivəsində təcrübə keçəcəkKənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramının qalibləri ilə görüş keçirilib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sahəyə göstərdiyi xüsusi diqqət və qayğı kənd təsərrüfatı sahəsində fəaliyyətin daha məqsədyönlü və kompleks yanaşma əsasında qurulmasını şərtləndirir. Aqrar sahədə insan kapitalının gücləndirilməsi, idarəetmə qabiliyyəti olan peşəkarların aşkarlanması və inkişafının dəstəklənməsi xüsusi aktuallıq kəsb edir. Nazir Məcnun Məmmədov qeyd edib ki, kənd təsərrüfatında çalışan, yüksək intellektual səviyyəyə və idarəetmə qabiliyyətinə malik şəxsləri müəyyənləşdirmək, onların peşəkar inkişafını dəstəkləmək və gələcək üçün dayanıqlı kadr bazasını formalaşdırmaq məqsədilə həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramı yeniliklərə açılan qapı olmaqla fərqli düşüncə tərzi və inkişaf üçün yeni perspektivlər təqdim edir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov qeyd edib ki, bu gün aqrar sahədə müasir texnologiyaları dərindən bilən, innovativ yanaşmalara açıq, idarəçilik qabiliyyəti yüksək kadrlar çalışır. Gənclərin bu sahəyə həvəsləndirilməsi, bilik və bacarıqlarının artırılması istiqamətində görülən tədbirlər və kənd təsərrüfatı ixtisaslarına olan böyük maraq xüsusi önəm kəsb edir. Bu baxımdan “Üfüq” Karyera İnkişaf Proqramının həyata keçirilməsinin təqdirəlayiq olduğunu deyən Sahib Məmmədov əlavə edib ki, müsabiqə aqrar sektorda perspektivli və istedadlı gənclərin üzə çıxarılması, onların inkişafı, gələcəyin idarəçilərinin formalaşmasına əlavə imkanlar açır.
Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev “Üfüq” Karyera İnkişaf Proqramını kənd təsərrüfatı sahəsində peşəkar kadrların aşkara çıxarılması üçün mühüm platforma adlandırıb. Fərhad Hacıyev qeyd edib ki, bu müsabiqə ölkəmizdə ixtisaslaşmış müsabiqələrin sayının artmasına təkan verir. Natiqlər müsabiqə iştirakçılarına uğurlar arzulayıb, qaliblərin əldə edəcəyi təcrübə və biliklərin ölkəmizin kənd təsərrüfatının inkişafına layiqli töhfələr verəcəyinə əminliyini ifadə ediblər.
Tədbirdə “Üfüq” Karyera İnkişaf Proqramının icmal videosu nümayiş olunub. Kənd təsərrüfatı nazirinin müşaviri, “Üfüq” Karyera İnkişaf Proqramı üzrə İşçi Qrupunun rəhbəri Fərid Nəcəfov müsabiqənin təşkili ilə bağlı hesabat xarakterli çıxış edib.
Daha sonra “ “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqənin qalibləri mükafatlandırlıb, onlara diplom və hədiyyələr təqdim olunub. “Üfüq” Karyera İnkişaf Proqramının İşçi Qrupunun üzvlərinə müsabiqənin təşkilində fəal iştiraka görə təşəkkürnamələr verilib.
Tədbirin sonunda müsabiqənin İşçi Qrupu tərəfindən mentorluq proqramı çərçivəsində mentor-qalib tərəfdaşlıqları elan edilib. Bildirilib ki, müsabiqənin şərtlərinə əsasən, 30 qalibin hər biri 1 il müddətində Kənd Təsərrüfatı Nazirliyinin idarəçi rəhbərləri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 d. əvvəl
- 22 d. əvvəl
- 29 d. əvvəl
-
-
39 d. əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 40 d. əvvəl
-
41 d. əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
- 53 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
1 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
1 saat əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 1 saat əvvəl
Son Xəbərlər
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dünya Bankının “Business Ready 2025” hesabatında Azərbaycanda maliyyə xidmətləri yüksək qiymətləndirilib
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir

























