Hər yerdə taksitlə ödəmə!
Artıq alış-veriş zamanı taksitlə ödəmək üçün tərəfdaş axtarmağa gərək yoxdur. Expressbank-ın təqdim etdiyi Smilecard vasitəsi ilə müştərilər bütün satış nöqtələrində xərclədikləri məbləği aylara bölərək hissə-hissə ödəmək imkanı əldə edir.
Üstəlik, “gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” şüarı altında təqdim olunan “Smilecard” taksit kartı müştərilərinə həm də “cashback” qazandırır.
Dünyanın istənilən yerində “Smilecard” ilə edilən əməliyyat zamanı (onlayn alış-veriş, POS ödənişlər və s.) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür və ödəniş qrafiki formalaşır. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12%, kredit üzrə illik faiz dərəcəsi isə 0% təşkil edir.
“Smilecard”-a sahib olmaq istəyən müştərilər şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənəd əsasında Expressbank-ın istənilən filialına yaxınlaşmaqla 2000 AZN-dək arta bilən taksit balansına malik kart əldə edə bilərlər. Kart müştərilərə pulsuz verilir və 3 il müddətində istifadə oluna bilər. Smilecard-ın digər üstünlüklərindən biri də - ödənilən məbləğin kartda yenidən bərpa olunması və təkrar istifadə etmə imkanıdır.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
2 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 18 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank: Növbəti dəstək tədbirləri ilə lizinq sahəsinin inkişafını hədəfləyirik
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb
-
2 saat əvvəl
Biləcəridə yeni fürsət: Tam təmirli 2 otaq studiya mənzillər satışa çıxdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlara 51 investordan 51 sifariş
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Mərkəzi Bank: Növbəti dəstək tədbirləri ilə lizinq sahəsinin inkişafını hədəfləyirik
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb
Ən çox oxunanlar
"Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir"
Azərbaycan-Latviya sənədləri mübadilə edilib
"akart"da yeni limitlər






.jpg)
.jpg)









.jpg)







