Azərbaycanda kredit kartlarının sayı azalıb
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 181 min ədəd artaraq 20 milyon 642 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14.1% artmışdır.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın "Statistik bülleten İyun 2025" sayında bildirilir.
Ödəniş kartlarında debet kartlarının sayı 17.1% artmış, kredit kartlarının sayı isə 6.9% azalmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 38.3% artmışdır. 2025-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 438.7 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 375 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 58 milyon manatı POS-terminallar, 5 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə artım müşahidə olunur. Belə ki, keçən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayı 8.9%, POS-terminalların sayı 43% artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
7 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
-
- 11 d. əvvəl
- 28 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb







.jpg)






.jpg)







