Astara terminalda aparılan tikinti işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması müzakirə olunub
ADY Şimal-Cənub dəhlizinin inkişafına önəm verir: İranda Astara Terminalında görülən işlər müzakirə olunub“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov İran İslam Respublikasına səfəri zamanı Astara Terminalında bu ölkənin Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri ilə görüşüb.
QSC-nin yaydığı məlumatda bildirilir ki, görüşdə terminalın inkişafı ilə bağlı əsas mərhələlər və icra müddətləri, terminalda aparılan tikinti işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması müzakirə olunub.
Qeyd olunub ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas elementlərindən olan Astara Terminalının (İran İslam Respublikasının ərazisində) tikintisi üzrə əsaslı işlər görülüb. Terminalın layihələndirmə işlərinin 90%-i, tikinti-quraşdırma işlərinin isə təqribən 75%-i başa çatdırılıb. 2025-ci ilin əvvəlində ADY və İran Dəmir Yolları arasında imzalanmış “Astara terminalının tikintisi və istismar müqaviləsinin icrasına dair Strateji Əməkdaşlıq Planı” terminalda nəzərdə tutulan işlərin vaxtında başa çatdırılmasına təkan verəcək.
Astara Terminalı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcək.
Qeyd edək ki, Azərbaycan və İran hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, 2017-ci ildə Astara Terminalının inşasına start verilib. Tikintisi ADY tərəfindən aparılan terminalın ərazisi İran höküməti tərəfindən 25 il müddətinə Azərbaycana icarəyə verilib.
Astara Terminalında 2023-cü ildə 692 min, 2024-cü ildə isə 777 min tondan çox yük aşırılıb. Terminalın tikintisi tam başa çatdıqdan sonra yükaşırma gücünün illik 3,5 milyon tona çatdırılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir























