“Premium Bank” 2025-ci ilin 1-ci yarısını mənfəətlə başa vurub
“Premium Bank” daha da böyüyüb, xalis mənfəəti artıb“Premium Bank” ASC 2025-cü ilin 6 ayını 6 milyon 309 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 5 milyon 673 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Premium Bank”ın xalis mənfəəti 2025-ci ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 636 min manat və ya 11,2% artıb.
FAİZ GƏLİRLƏRİ ARTIB
Bankın açıqladığı məlumata görə, ötən ilin 6 ayı ərzində "Premium Bank"ın faiz gəlirləri 16 milyon 71 min manat olduğu halda, 2025-cü ilin 6 ayında 18 milyon 111 min manata kimi yüksəlməklə 13% faiz artıb. Bankın faiz xərcləri ötən ilin yanvar-iyun dövrü ilə müqayisədə cari ilin eyni dövründə faiz xərcləri sabit qalıb (2024-cü ilin ilk 6 ayında 5 milyon 773 min manat, 2025-ci ilin ilk 6 ayında 5 milyon 755 min manat). Beləliklə Bankin xalis faiz gəlirləri 2 milyon 59 min manat artıb.
Bankın keçən ilin 6 ayında qeyri-faiz gəlirləri 7 milyon 873 min manat olduğu halda, cari ilin 6 ayında 7 milyon 663 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2025-cü ilin 6 ayı ərzində “Premium Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 25 milyon 774 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 19 milyon 163 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 6 milyon 611 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün 303 min manat məqsədli ehtiyatlar yaradıldığından 6 milyon 309 min manat xalis mənfəət əldə olunub.
Ötən ilin 6 ayında Bankın cəmi əməliyyat gəlirləri 23 milyon 944 min manat, cəmi əməliyyat xərcləri 18 milyon 359 min manat, əməliyyat mənfəəti 5 milyon 585 min manat, eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 87 min manat mənfəətə əlavə olunduğundan 5 milyon 673 manat xalis mənfəət əldə etmişdir.
BANK BÖYÜYÜB
30 iyun 2025- ci il tarixində Premium Bank 648 milyon 199 min manat cəmi aktivlərə, o cümlədən 475 milyon 451 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank ötən ilin sonunda 640 milyon 892 min manat cəmi aktivlərə, o cümlədən 466 milyon 649 min manat kredit portfelinə malik idi.
İSTEHLAK PORTFELİ ARTMAQDA DAVAM EDİR
“Premium Bank” istehlak kreditləri portfeli ilin əvvəli ilə müqaisədə 3 milyon 342 min manat, keçən ilin eyni dövrü ilə müqaisədə isə 18 milyon 153 min manat artmaqla 44 milyon 15 min manata çatıb.Bu göstərici onu deməyə əsas verir ki, Bank tədricən korporativ bankçılıqdan riteyl (parakəndə) bankçılığa doğru fokuslanıb.
SƏHMDAR KAPİTALI ARTIB
Bankın Səhmdar kapitalı ilin əvvəli ilə müqaisədə 20 milyon manat artmışdır. Yeni səhmlərin emissiyası və yerləşdirilməsi nəticəsində Bankın maliyyə dayanıqlığı yüksək səviyyədə saxlanılmışdır. 30.06.2025-ci il tarixinə bankın nizamnamə kapitalı 174 milyon 601 min manat, məcmu kapitalı isə 188 milyon 680 min manat təşkil etmişdir.
Qeyd edək ki, Mərkəzi Bankın prudensial normativi ilə bankların minimum məcmu kapital tələbi 50 milyon manatdır.
Ticarət və investisiya qiymətli kağızlarına yatırımda artma müşahidə olunur. Belə ki, ilin əvvəli ilə müqasidə Bank bu sahəyə daha çox vəsait ayırmışdır, bu rəqəm ilin əvvəlində 1 milyon 22 min manat idisə, 30.06.2025- ci il tarixinə 10 milyon 766 min manat təşkil etmişdir
BANKDA FİZİKİ ŞƏXSLƏRİN DEPOZİTLƏRİ ÜZRƏ ARTIM, HÜQUQİ ŞƏXSLƏRİN DEPOZİTLƏRİ ÜZRƏ AZALMA
2025-cü ilin 6 ayında ilin əvvəli ilə müqaisədə fiziki şəxsərin depozitləri 19 milyon 496 min manat artaraq 311 milyon 551min manata çatmış, hüquqi şəxslərin depozitlərində isə 29 milyon 92 min manat azlaraq 56 milyon 614 min manat təşkil edib.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 17 saat əvvəl
-
- 18 saat əvvəl
-
19 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb









.jpg)











