ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
Moody’s Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq Bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Stabil proqnozla Ba2-dən Ba1-ə yüksəldib.
ABB-nin yaydığı press-relizdə bildirilir ki, bu, Moody’s-in indiyə qədər ABB-yə verdiyi ən yüksək reytinqdir.
Qeyd edilib ki, Bankın Əsas kredit qiymətləndirməsi reytinqi (BCA) ba3-dən ba2-ə, Uzunmüddətli xarici və yerli valyutada qarşı tərəf risk reytinqi (CRRs) Ba1-dən Baa3-ə, Qarşı tərəf risk qiymətləndirməsi reytinqi (CR Assessment) Ba1-dən Baa3-ə qədər artırılıb.
ABB-nin reytinqlərinin yüksəldilməsi Bankın davamlı şəkildə artan mənfəətliliyi, aktivlərinin yüksək keyfiyyəti, güclü kapital mövqeyi, yüksək likvidliyi və s. bu kimi amillərlə bağlıdır.
Agentliyin rəyinə görə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımlar ABB-nin aktivlərinin keyfiyyətini, gəlirliliyini dəstəkləyəcək.
ABB-nin uzunmüddətli depozit reytinqlərinə Stabil proqnozunun verilməsi Bankın növbəti 12-18 ay ərzində sağlam maliyyə əsaslarını qoruyacağına dair Moodys-in gözləntilərini əks etdirir. Agentlik Bankın gəlirliliyinin son illərdə artdığını və növbəti 12-18 ay ərzində də güclü olacağını bildirir. ABB-nin kapital mövqeyinin onun əsas kredit gücü olaraq qaldığını vurğulayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 21 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Tramp İrana qarşı tətbiq edilən blokadanı uzatmağa çalışır
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi







.jpg)






.jpg)






