"Gücümüzü 500 min tona çatdırmağı hədəfləyirik"
Azərbaycanın metanol bazarının inkişafı “SOCAR Methanol” MMC-nin strateji hədəflərindən biridir.
Bunu müsahibəsində şirkətin baş direktorunun müavini Elnur Bağırov deyib.
Zavoda təbii qaz tədarükü barədə
Zavoda təbii qazı “Azəriqaz” İstehsalat Birliyi tədarük edir. Şirkətimiz qazı Tarif Şurası tərəfindən təsdiq olunan qiymətlərlə alır. 2017-ci ilin istehsalat planına uyğun olaraq biz gündəlik 1,5 milyon kubmetr qaz alırıq.
2017-ci il üçün istehsalat planının icrası
Məlum olduğu kimi, “SOCAR Methanol” 2017-ci ildə 250 min ton məhsul istehsal etməyi planlaşdırır. Bugünədək 188 min tona yaxın metanol istehsal edilib, yəni istehsalat planı 75 faiz icra edilib. Fikrimcə, ilin yekunlarına əsasən proqnoz tam olaraq yerinə yetiriləcək.
İxracın əsas və yeni marşrutları barədə
Metanol satışı SOCAR-ın Marketinq və iqtisadi əməliyyatlar İdarəsi tərəfindən həyata keçirilir. Məlum olduğu kimi, SOCAR metanol satışı üçün ən effektiv marşrutlardan istifadə edir. Qeyd edim ki, göndərilmə təkcə Kulevidən həyata keçirilmir. Bir müddət əvvəl Xəzər dənizində Bakı limanından həm Qazaxıstana, həm də beynəlxalq bazarlara tədarük həyata keçirilməyə başlanıb.
İstehsalat gücünün artırılması planları barədə
Zavodun maksimal istehsalat gücü ildə 650-700 min ton metanol təşkil edir. Bununla əlaqədar olaraq bizim yaxın gələcəkdə əsas strateji hədəflərimizdən biri metanolun istehsalınnı ildə 500 min tona çatdırmaqdır. Bu, cari il üçün nəzərdə tutulmuş həcmdən iki dəfə çoxdur. Zavod tərəfindən qaz satınalmaları da müvafiq olaraq artacaq.
Saxlama gücünün genişləndirilməsi barədə
Bu gün üçün zavod çənlərinin hazır məhsulu saxlama həcmi 48 min ton təşkil edir.
Şirkətin “Made in Azerbaijan” brendinin inkişafına töhfəsi barədə
Bu gün məhsulumuzun 95 faizi ixraca yönəlir. Metanol zavodu Azərbaycanın ixrac potensialını möhkəmləndirən bir müəssisədir.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 21 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib

























