iPhone 10 təqdim edildi - Barmaq izi oxuyucu getdi, yerinə üz tanıma gəldi
iPhone X (10), iPhone 8, iPhone 8 Plus və Apple Watch Series 3 təqdim edildi.
Apple, iPhone-un 10-cu ilində iPhone X adlı ağıllı telefonunu təqdim edib.
"Marja" xəbər verir ki, iPhone X, 64 GB və 256 GB tutuma malik olacaq və 999 dollardan başlayacaq.
Batareya ömrü iPhone 7 ilə müqayisədə iki saatdan daha uzun olacaq!
Bu cihazda da kabelsiz enerji doldurma mövcuddur.
Ön kamera daha yaxşı selfilər çəkməyi təmin edəcək.
Xüsusiyyətlərinə nəzər salanda, iPhone 8 və iPhone 8 Plus ilə olduqca bənzərdir.
iPhone X-də 12 MP-lik iki kamera var. iPhone 8-dəki ilə eyni görünür. Fərqi isə Quad LED True Tona flash və iki qat daha yaxşı işıq verə bilməsidir.
iPhone X artırılmış reallıq dəstəklidir.
Animojilər isə iPhone X-in ən qeyri-adi xüsusiyyəti ola bilər. Bu 3 ölçülü üz tanıma ilə üzünüzdən emoji yarada bilir.
Barmaq izində cihazı aldatma ehtimalı 50 mində 1 ikən, Apple, üz tanıma (Face İD) ilə bu nisbətin 1 milyonda 1-ə düşdüyünü deyir.
Prosessor A11 Bionic adını daşıyır. İnsanın sinir sisteminə bənzəyən quruluşu süni zəka dəstəkli üz tanıma həyata keçirilir.
Barmaq izi oxuyucu hara getdi? Artıq yoxdur. Yerinə üz tanıma gəldi. Face İD adını daşıyan funksiya, Truedepth adlı ön kamera sistemi ilə aparılır.
"Hey Siri" deyərək, ya da yandakı geniş düyməni basaraq Siri-ni aça bilərsiniz.
Telefonda "Home", yəni ana ekran düyməsi yoxdur. Ekrana toxunaraq aça və ya telefonu yerindən götürməyiniz kifayətdir.
HDR, Dolby Surround Vision və HDR10 dəstəkli cihaz 1.000.000:1 kontrast nisbəti ilə lüks bir televizoru xatırladır. Bundan başqa, ekranda əvvəlki modellərdən alışdığımız 3D Touch da var.
OLED ekranlı ilk iPhone olan iPhone X, ənənəvi OLED-dən də fərqli olduğu iddiasındadır. Super Retina, klassik OLED-ə görə daha incə, daha parlaq, daha geniş rəng dəstəyinə malikdir.
Super Retina ekrana sahib olacaq iPhone X-ın 5,8 düym ekranı 2436x1125 piksel həll təqdim edəcək. Bu 458 ppi ilə bir iPhone-da ən yüksək piksel çözünürlüyüdür.
Suya və toza mikroskobk səviyyədə dayanıqlı olacaq cihaz Kosmos Qara və Gümüşü rənglərdə olacaq.
Tamamilə şüşə ilə örtülü bir ekrana malik cihaz, şayiələri təsdiq etdi. Ön və arxa üzü şüşədir.
iPhone LTE Advanced ilə 5-G yaxınlaşır, amma dəstəkləmir. Bluetooth 5 isə daha inkişaf etdirilmiş və enerjiyə qənaət edərək əlaqə təmin edəcək.
Qi açıq kabelsiz doldurma standartını dəstəkləyəcək cihazlar avtomobil üçün də aparata malik olacaq.
Yeni iPhone 4k 60 fps sürətində çəkiliş apara bilər. Saniyədə 2 milyon araşdırma ilə fotoşəkilin nə olduğunu təxmin edib, sürəti ona görə tənzimləyən kamera, beləcə daha yumşaq çəkiliş apara bilir.
Kamera isə 12 MP-lik qəbulediciyə malikdir. Daha böyük və daha sürətlidir. 83% daha çox işıq alır və daha az güc sərf edir. Həmçinin optik görüntü möhkəmləndirmə xüsusiyyəti də qorunmuşdur.
Altı nüvəli prosessorun 2-si yüksək performans, 4-ü güc məhsuldarlığı təmin edir. 10 ilə müqayisədə 70 daha sürətlidir. A11 Bionic adlı çip, dünyanın ən güclü və ağıllı prosessoru kimi təqdim edilib.
Cihazlar üçün 19 sentyabrda iOS 11 çıxacaq. 22 sentyabrda isə satışa çıxacaqlar.
iPhone 8 699 dollardan, iPhone 8 Plus isə 799 dollardan başlayan qiymətlərlə satılacaq.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
8 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
10 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 11 saat əvvəl
-
12 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 12 saat əvvəl
-
12 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək



























