Azərbaycanda "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun dəyişəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) "Banking-as-a-Service" və digər innovativ xidmətlərlə bağlı hüquqi dəyişikliklərə hazırlaşır.
Bunu AMB-nin nümayəndəsi Ülfət Yusifov Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") bildirib.
Onun sözlərinə görə, son dövrlər banklar, ödəniş və elektron pul təşkilatlarından quruma "Banking-as-a-Service" (BaaS), "Fintech-as-a-Service" (FaaS) və "Software-as-a-Service" (SaaS) xidmətlərinin tətbiqi ilə bağlı çoxsaylı müraciətlər daxil olub: "Bu xidmətlər maliyyə sektorunda rəqəmsal transformasiyanın genişlənməsi, xərclərə qənaət və texnoloji üstünlüklərlə bağlı olaraq aktualdır. Məsələn, "Banking-as-a-Service" xidmətində banklar öz infrastrukturunu API-lar vasitəsilə rəqəmsal platformalara ötürür. Bu, bank olmayan təşkilatların müştərilərə kredit və digər maliyyə xidmətləri təqdim etməsinə imkan yaradır”.
AMB rəsmisi qeyd edib ki, "FinTech-as-a-Service" modeli daha çox startaplara və lisenziyası olmayan platformalara ödəniş xidmətləri, virtual kartlar, elektron pul kisələri təqdim olunması üçün istifadə edilir: "Software-as-a-Service" isə müxtəlif proqram təminatlarının onlayn şəkildə digər təşkilatlara təqdim edilməsini nəzərdə tutur".
Onun sözlərinə görə, bu xidmətlər şirkətlər üçün infrastruktur qurmaq yerinə üçüncü tərəflərdən xidmət almağa şərait yaradır, bu da maliyyə baxımından daha sərfəlidir.
Bununla belə, U.Yusifov bu xidmətlərin müəyyən risklər də daşıdığını vurğulayıb: "Məlumat təhlükəsizliyi, komplayens riski, reputasiya zədələnməsi, texniki asılılıq, inteqrasiya çətinlikləri və xidmət təminatçısının iflas riski əsas təhlükələr sırasındadır. Beynəlxalq təcrübədə xüsusilə Litva, Estoniya və Avstriyada bu xidmətlərin göstərilməsi üçün normativ baza mövcuddur və banklara, ödəniş və elektron pul təşkilatlarına bu fəaliyyətlərə icazə verilir. AMB olaraq innovativ məhsullara həmişə müsbət yanaşmışıq. Hazırda bu sahədə daxil olan müraciətləri nəzərə alaraq "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunda və digər normativ sənədlərdə dəyişiklik layihəsi hazırlayırıq. Hesab edirik ki, bu dəyişikliklər dediyim xidmətlərin Azərbaycanda da qanuni şəkildə tətbiqini təmin edəcək. Eyni zamanda xidmətlərin tətbiqində risklərin minimuma endirilməsi istiqamətində də addımlar atılacaq".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
-
14 d. əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 15 d. əvvəl
-
32 d. əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 40 d. əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
14 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Ən çox oxunanlar
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
























