"Rəqəmsal bankların yaradılması diqqət mərkəzində saxlanılmalıdır"
"Maliyyə-bank sistemində yeni rəqəmsal dövrün başlanılmasında həlledici rol oynayacaq rəqəmsal bankların yaradılması diqqət mərkəzində saxlanılmalıdır. Bununla əlaqədar olaraq qanunvericilik islahatlarının aparılması təmin edilməlidir".
Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev “FİNTEX SAMMİT 2025" sammitində çıxışı zamanı bildirib.
O qeyd edib ki, rəqəmsal bankçılıq qanunvericiliyinin formalaşdırılması fintexlərin maliyyə sistemində fəaliyyətinin daha da genişlənməsində əlverişli zəmin formalaşdıracaqdır.
ABA-nın prezidenti bildirib ki, Mərkəzi Bank tərəfindən istismara veriləcək açıq bankçılığa əsaslanan mərkəzləşdirilmiş infrastruktur açıq maliyyə yanaşmasının daha da dərinləşməsinə və uğurla tətbiqinə imkan verməlidir: "Məhz açıq maliyyə yanaşması maliyyə ekosistemində hörümçək toru prinsipi əsasında qarşılıqlı inteqrasiyalaırn dərinləşməsinə, ödəniş xidməti istifadəçilərinin ehtiyaclarını qarşılayacaq xidmətlərin təqdim edilməsinə təkan verəcəkdir."
Zakir Nuriyev çıxışına belə davam edib: "Hesab edirik ki, rəqəmsal transformasiya dövründə istehlakçı ehtiyaclarını qarşılayacaq məhsul və xidmətlərin təqdim edilməsi, açıq maliyyə yanaşmasının daha uğurlu tətbiqi üçün məhz dövlət qurumlarında toplanılan məlumatlara çıxış təmin edilməlidir. Hazırda bu istiqamətdə aparıcı kommersiya bankları, Mərkəzi Kredit Burosu və Azərbaycan Respubikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi nümayəndələrindən ibarət işçi qrupu formalaşdırılmışdır. Burada əsas məqsəd dövlət qurumlarında mövcud olan paylaşıla bilinəcək və maliyyə ekosisteminin üzvlərinə lazm olan məlumatlara effektiv və təhlükəsiz çıxışın təmin edilməsidir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)








