PAŞA Holding-in təşkilatçılığı ilə Qazaxıstanda “INMerge” Sammitinin 3-cü regional tədbiri keçirilib
Qlobal innovasiya platformasına çevrilmək hədəfi ilə irəliləyən "INMerge" İnnovasiya Sammiti, fəaliyyətinin növbəti addımı olaraq ölkəxarici tədbir ilə davam etdi. 17 iyun 2025-ci il tarixində Almatı şəhərinin mərkəzində keçirilən bu tədbir, Qazaxıstanın aparıcı texnoloji mərkəzi olan Astana Hub şirkəti ilə tərəfdaşlıq çərçivəsində baş tutub.
Rixos Almaty otelində keçirilən bu eksklüziv tədbir, regionun startaplarını, korporativ liderlərini, investorlarını və innovasiya ekosisteminin əsas iştirakçılarını bir araya gətirərək bilik və təcrübə mübadiləsi, şəbəkələşmə və əməkdaşlıq üçün dinamik bir platforma təqdim edib. Tədbirin aparıcısı The Astana Times qəzetinin Xəbərlər Departamentinin rəhbəri Aida Haidar olub. Açılış nitqini isə təşkilati transformasiya və sistem dəyişikliyi üzrə tanınmış ekspert Patrycja Riera təqdim edib.
Tədbir çərçivəsində iki mövzu ətrafında panel müzakirələri keçirilib. “İnnovasiyanın Yeni İpək Yolu: Ölçüləbilən İnkişafa Aparan Regional Tərəfdaşlıqlar” adlı paneldə Ainur Temirkhankyzy (Freedom Bank Kazakhstan), Nurlan Yesmagambetov (Qazaqstan Venture Group), Rahim Bayramlı (SABAH.HUB), Nurdaulet Bazylbekov (Eurasian Hub Ventures) və moderator qismində Women in Tech Kazakhstan təşkilatının baş direktoru Assem Bolatzhan iştirak ediblər.
Digər panel isə “Rəqabətdən Əməkdaşlığa: Korporasiyalar və Startaplar Xəzər Regionunda İnnovasiyanın Gələcəyini Necə Formalaşdırır?” mövzusuna həsr olunub. Bu sessiyada Jalal Qasımov (PAŞA Holding), Rostislav Konyashkin (Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi), Didar Karimsakov (Qazaqstan Investment Corporation), Askar Zhambakin (Kcell) və Renat Bekturov (AIFC) çıxış ediblər. Panelə Silkroad Innovation Hub-ın təsisçisi və baş direktoru Asset Abdualiyev moderatorluq edib.
«Azərbaycan və Qazaxıstan oxşar çağırışlarla üzləşir - xüsusilə insan kapitalının inkişafı sahəsində. Ölkələrimizdə istedadlı insanlar çoxdur, lakin onların potensialını reallaşdırmağa imkan verəcək dayanıqlı bir sistemin qurulması vacibdir. Regiondakı əməkdaşlıq nə qədər sıx olarsa, startaplar üçün bir o qədər çox imkan yaranacaq. Bizi mədəniyyət, tarix və düşüncə tərzi birləşdirir - bu isə tərəfdaşlığımızı təkcə məntiqli deyil, həm də həqiqətən perspektivli edir. Hazırda diqqət mərkəzimizdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstanla yanaşı, MENA və Şərqi Avropa regionları da yer alır - və INMerge real dəyişikliklərin həyata keçirilməsi üçün dinamik bir platformaya çevrilir» - PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov qeyd edib.
Bundan əlavə, tədbirin əsas məqamlarından biri SABAH.HUB və Al-Farabi Innovation Hub arasında İnnovasiyanın İnkişafı üzrə Anlaşma Memorandumunun imzalanması olub ki, bu da regionda innovasiya ekosisteminin birgə inkişafına sadiqliyi nümayiş etdirib.
Qeyd edək ki, əvvəlki regional tədbirlərdə – Türkiyə və Gürcüstanda olduğu kimi – Qazaxıstanda da proqramın əsas məqamlarından biri ölkənin ən perspektivli startaplarını nümayiş etdirmək üçün keçirilən “INbattle” startap müsabiqəsi olub. Müsabiqə zamanı seçilmiş komandalar üçün 29–30 sentyabr 2025-ci il tarixlərində Bakıda baş tutacaq “INMerge” İnnovasiya Sammitində iştirak imkanı qazanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
17 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
18 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
-
19 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

























