İRİA startap bacarıqlarını “İNNOSTART” ilə gücləndirir
Innostart layihəsi regionlarda innovasiya ekosistemini sürətlə genişləndirir. 2025-ci ildə layihənin Gəncə, Sumqayıt, Lənkəran, Naxçıvan və digər şəhərləri əhatə etməklə daha geniş miqyasda icrası nəzərdə tutulur. Bu mərhələdə elektron ticarət təlimləri, ideatonlar və yeni inkubasiya proqramları da həyata keçiriləcək.İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və SUP.VC şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən “İNNOSTART” layihəsi, regionlarda yaşayan gənclərin innovasiya və startap bacarıqlarını inkişaf etdirməkdə davam edirməkdə davam edir.
2022-ci ildən etibarən icra olunan layihə çərçivəsində inkubasiya proqramları, hakatonlar, mentorluq sessiyaları, praktiki təlimlər və “Demo Day” tədbirləri təşkil edilir. Bütün bu fəaliyyətlər gənclərə texnologiya, sahibkarlıq və innovasiya sahələrində bilik qazanmaqla yanaşı, real bazar şəraitində praktiki təcrübə əldə etməyə şərait yaradır.
“İNNOSTART” xüsusilə regionlarda yaşayan gənclərin startap qurmaq, ideyalarını inkişaf etdirmək və investorlarla əlaqə qurmaq imkanlarını genişləndirir. Eyni zamanda, maarifləndirmə sessiyaları, icma tədbirləri və innovasiya müsabiqələri vasitəsilə iştirakçılar ölkənin innovasiya ekosisteminə inteqrasiya olunur.
Layihənin uğurla həyata keçirilməsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin institusional dəstəyi və Agentliyin İdarə Heyətinin sədri Fərid Osmanovun liderliyi mühüm rol oynayır. Onun təşəbbüsü ilə “İNNOSTART” iştirakçılarına yalnız ümumi təlimlər deyil, fərdi ehtiyaclara uyğunlaşdırılmış məsləhət və resurslar təqdim olunur. Bu isə layihənin daha sürətli, çevik və effektiv nəticələr verməsinə imkan yaradır.
Fərid Osmanovun strateji yanaşması regionlarda innovasiyanın dərinləşməsi, yerli potensialın aşkarlanması və gənclərin öz ideyalarını reallaşdırmaqda inamlı addımlar atmasına şərait yaradıb. Onun rəhbərliyi ilə Agentlik innovasiya təşəbbüslərinin lokallaşmasına xüsusi önəm verir və davamlı dəstək göstərir.
2025-ci ildə layihənin Gəncə, Sumqayıt, Lənkəran, Naxçıvan və digər şəhərləri əhatə etməklə daha geniş miqyasda icrası nəzərdə tutulur. Bu mərhələdə elektron ticarət təlimləri, ideatonlar və yeni inkubasiya proqramları da həyata keçiriləcək.
“İNNOSTART” layihəsi yalnız fərdi inkişaf vasitəsi deyil, eyni zamanda Azərbaycanın innovasiya ekosisteminin güclənməsinə və iqtisadi transformasiyasına ciddi töhfə verən strateji təşəbbüsdür.
Daha ətraflı məlumat və qeydiyyat üçün: www.innostart.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)








.jpg)






