Azərbaycanın zeytun yağı Londonda qızıl medala layiq görüldü
Azərbaycanın zeytun yağı sahəsində aparıcı brendlərindən biri olan Olivea növbəti beynəlxalq uğurunu qazanıb — məhsul, dünyanın ən nüfuzlu müsabiqələrindən sayılan Beynəlxlaq Zeytun Yağı Müsahibəsində qızıl medala layiq görülüb.
Bu nüfuzlu müsabiqədə təqdim olunan yüzlərlə zeytun yağı nümunəsi arasında fərqlənmək, məhsulun yüksək keyfiyyəti və innovativ istehsal standartlarının bariz göstəricisidir.
Qeyd etmək lazımdır ki, Olivea brendi ötən il eyni yarışmada Gümüş Medal, Kanadada keçirilən müsabiqədə yenidən Gümüş Medal, Dubayda təşkil olunan beynəlxalq yarışmada isə Qızıl Medal qazanaraq, qlobal bazarda etibarlı və keyfiyyətli brend imicini daha da möhkəmləndirmişdir.
Məhsulun bu səviyyədə tanınmasının əsasında onun tam təbii tərkibi və heç bir əlavə qatqı olmadan, soyuq sıxım texnologiyası ilə istehsal olunması dayanır. Hər damla Olivea zeytun yağı, zeytun meyvəsinin öz təbiiliyini qoruyaraq istehlakçılara təqdim olunur.
Böyük təsərrüfat, böyük məsuliyyət
"Grand Agro" şirkəti Abşeron yarımadasında yerləşən müasir təsərrüfat sahələrində fəaliyyət göstərir. Hal-hazırda şirkətə məxsus 4 min hektara yaxın torpaq ərazilərində minlərlə zeytun və badam ağacı əkilmişdir. Genişmiqyaslı əkin sahələri təkcə aqrar inkişaf deyil, eyni zamanda Azərbaycanın ekoloji tarazlığına müsbət təsir göstərməkdədir. Yaşıllıq sahələrinin genişlənməsi hava keyfiyyətini yaxşılaşdırır, torpağın münbitliyini qoruyur və biomüxtəlifliyə töhfə verir.
Müasir istehsal və ixrac potensialı
Məhsullar yalnız yerli bazarda deyil, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri (Dubay), İspaniya və İsrail kimi beynəlxalq bazarlarda da satışa çıxarılır. Olivea brendi, bu ölkələrin seçici istehlakçı auditoriyasında da öz yerini taparaq Azərbaycan istehsalının qlobal səviyyədə keyfiyyət simvoluna çevrilməkdədir.
Şirkətin ixrac sahəsindəki aktiv fəaliyyəti dövlət səviyyəsində də yüksək qiymətləndirilmişdir. Belə ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilmiş tədbirdə “Grand Agro” MMC, 2024-cü il üzrə “Fəal ixracatçı şirkət” nominasiyasında “Dayaq” mükafatına layiq görülmüşdür. Əldə olunan bu beynəlxalq nailiyyətlər, Grand Agro komandasının peşəkarlığının, davamlı inkişaf strategiyasının və Azərbaycan kənd təsərrüfatının artan potensialının bariz nümunəsidir.
! Bu məlumat Reklam hüquq əsasında yayımlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
11 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
-
23 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 51 d. əvvəl
- 55 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Rəsmi məzənnələr açıqlandı
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib

























