bp Xəzərdə iki kəşfiyyat və işlənmə blokunda pay aldı
bp bu gün Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən iki dəniz kəşfiyyat və işlənmə blokunda iştirak payları almasını başa çatdırdığını elan edib.
Bu barədə "Marja-ya bp-Azərbaycan"dan bildirilib.
Qeyd edilib ki, Sövdələşməni rəsmiləşdirən sazişlər bu gün bp və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb.
Birinci blok Bakıdan 120 km şərqdə, Günəşli yatağından 20–25 km məsafədə, suyun 150–200 metr dərinliyində yerləşən Qarabağ neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış Risk Xidməti Sazişi (RXS) mövcuddur.
İkinci blok Bakıdan 90–110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən Əşrəfi – Dan ulduzu – Aypara (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid hasilatın pay bölgüsü sazişi (HPBS) də 2018-ci ildə imzalanmışdır.
bp iki sazişin - RXS və HPBS, hər birində SOCAR-dan 35%-lik iştirak payı alıb. Hər iki sazişdə qalan 65%-lik iştirak payını SOCAR özündə saxlayacaq. bp hər iki müqavilə üzrə operator olacaq.
bp-nin pay əldə etməsini rəsmiləşdirən sazişləri SOCAR-ın prezidenti Rövşən Nəcəf və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz imzaladılar.
SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib: “Bu yeni sazişlər vasitəsilə bp ilə strateji tərəfdaşlığımızı daha da genişləndirməkdən məmnunuq. Qarabağ və Əşrəfi – Dan Ulduzu – Aypara sahələri əhəmiyyətli potensiala malikdir və bp-nin operatorluq təcrübəsi bu sahələrin tam dəyərinin açılmasında həlledici rol oynayacaq. Bu əməkdaşlıq Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uzaqgörən strategiyaya əsaslanır və etibarlı qlobal enerji tərəfdaşı kimi mövqeyimizi daha da gücləndirir. bp ilə möhkəm əməkdaşlığımızın yeni uğurlar gətirəcəyinə inanırıq.”
bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell deyib: “Bu Azərbaycana yeni bir öhdəliyimiz olmaqla həm də əhəmiyyətli bir potensial artım imkanıdır. Mövcud iri fəaliyyət mövqelərimizə və tərəfdaşlıqlarımıza əsaslanaraq apstrim neft-qaz biznesimizi genişləndirilmək strategiyamız üçün çox vacibdir.
Azərbaycanda dünya səviyyəli hasilat və ixrac infrastrukturunun idarə edilməsində və ona sərmayə qoyulmasında 30 ildən çox uğurlu təcrübəmiz var. Bu gün SOCAR-la imzaladığımız müqavilələr kimi yeni imkanlar məqsədlərimizə çatmağımızda mühüm rol oynayacaq. SOCAR-la uzunmüddətli tərəfdaşlığımıza əsaslanaraq buradakı mövcud infrastrukturdan ən səmərəli şəkildə istifadə etməyə imkan yaradacaq yeni işlənmə variantlarını müəyyənləşdirəcəyik. Operator olaraq isə biz bu layihələrin irəliləyişini sürətləndirmək üçün qlobal təcrübəmizi, texniki və kommersiya biliklərimizi, qabaqcıl texnologiyalarımızı və maliyyə resurslarımızı gətirərək onları təhlükəsiz və səmərəli şəkildə icra edəcəyik.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı




























