“Embawood” qaydaları pozub, haqqında protokol tərtib edilb - ŞİRKƏT CƏZALANDIRILIB
“Embawood” MMC satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarını pozub, istehlakçının hüquqlarını məhdudlaşdıran şərtləri müqaviləyə daxil edib.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2025-ci ilin yanvar-aprel ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumatına bildirilir.
Qeyd edilib ki, “Embawood” MMC tərəfindən qüsurlu malın geri qaytarılmasından imtina edilmiş və istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edilmişdir. Bununla əlaqədar olaraq Dövlət Agentliyi tərəfindən 05.03.2025-ci il tarixində protokol tərtib edilib.
Əlavə edilib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 16-cı maddələri pozulub. Hüquq pozuntusunun əlamətləri Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması (İnzibati Xətalar Məcəlləs 444.2), istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi (İnzibati Xətalar Məcəlləs 447.0.9) göstərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
11 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
-
23 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 51 d. əvvəl
- 55 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Rəsmi məzənnələr açıqlandı
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib




























