“UPS Construction” – Müasir Sənaye Tikintisində Lider Şirkət
Bir çox zavodlarda tikinti-quraşdırma, metal konstruksiya və izolyasiya işlərini “UPS Construction” şirkəti yerinə yetirib.Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində atılan mühüm addımlar, yaradılan sənaye parkları və məhəllələri ölkənin iqtisadi inkişafına təkan verir. Bu prosesdə xüsusi rolu olan şirkətlərdən biri də “UPS Construction” MMC-dir.
Şirkət ölkədə aparılan sənaye quruculuğu proseslərində mühüm layihələrə imza atmaqla yanaşı, həm də müasir tikinti həllərinin tətbiqi ilə seçilir.
İndiyədək sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və bu zonalarda 10 mindən artıq daimi iş yeri yaradılıb. Prezident İlham Əliyevin 30 aprel tarixində Sumqayıt Kimya Sənaye Parkında iştirak etdiyi açılışlar, ölkənin sənaye inkişafında dövlət dəstəyinin konkret nümunələrindən biridir. Həmin açılışlarda təqdim olunan “Kartaş Kimya” və “Az-Tex-İmport” zavodlarının tikintisində isə “UPS Construction” şirkətinin əhəmiyyətli rolu olub. Şirkət bu zavodların metal konstruksiya və izolyasiya işlərini uğurla yerinə yetirib.
“UPS Construction” iki əsas istiqamətdə fəaliyyət göstərir: tikinti-quraşdırma xidmətləri və modern inşaat məhsullarının istehsalı. Şirkət sənaye tipli obyektlərin inşası, su və kanalizasiya xətlərinin çəkilməsi kimi texniki xidmətlərlə yanaşı, sendviç panel, metal konstruksiya, konteyner və prefabrik evlərin istehsalı ilə də məşğuldur. Xüsusilə sendviç panellər bu sahədə mühüm məhsul hesab olunur. 4 sm-dən 12 sm-ə qədər qalınlıqda, poliuretan, poliizosiyanurat və daş yunu izolyasiyalı panellər istehsal edən şirkət, ildə 1 milyon m²-dən artıq istehsal gücünə malikdir və bu sahədə “ASSAN Panel” brendinin rəsmi təmsilçisidir.
Prefabrik tikinti həlləri də “UPS Construction”un mühüm fəaliyyət sahələrindən biridir. Qısa müddətdə qurulan, daşıması asan və enerji səmərəli olan bu sistemlər, xüsusilə təcili infrastruktur tələbatı olan bölgələrdə, o cümlədən azad olunmuş ərazilərdə geniş tətbiq edilir. Şirkət müştərinin tələblərinə uyğun olaraq fərqli dizayn və ölçülərdə prefabrik binalar istehsal və quraşdırma qabiliyyətinə malikdir. Bu tikililər təkcə yaşayış üçün deyil, həm də məktəb, xəstəxana, ofis və inzibati obyektlər üçün idealdır.
İşğaldan azad edilmiş ərazilərin bərpası çərçivəsində həyata keçirilən çoxsaylı layihələrdə “UPS Construction” şirkətinin izini görmək mümkündür. Bu layihələr arasında məktəblər, xəstəxanalar, iaşə obyektləri, inzibati binalar, enerji stansiyaları, anbarlar, logistik mərkəzlər və müxtəlif sənaye obyektləri yer alır. Şirkət həm məhsul təchizatı, həm də birbaşa quraşdırma işləri ilə bu strateji bölgələrin inkişafına töhfə verir.
Şirkətin portfelində Bərdə, Hacıqabul və Şirvan Quşçuluq kompleksləri, Chery, Porsche, Volvo avtosalonları, Laçının müxtəlif bölgələrində KSES-lər, İsmayıllıda DOST evi, ölkəmizdə müxtəlif sənaye bölgələrində xüsusən də Sumqayıt Kimya Sənaye parkında və Ağdam Sənaye Parkında yerləşən onlarla zavodlar, Qəbələ Dəmiryol Vağzalı, Maştağa Olimpiya Kompleksi kimi artıq yüzlərlə mühüm obyekt yer alır.
Hazırda isə “UPS Construction” bir sıra yeni layihələrin icrasını davam etdirir. Bunlara "Efendiler Avto" MMC-yə məxsus Li avtosalonu, Global Interiors Group-a məxsus anbar, Hevalux layihəsi, Baku Expo Center-in dam örtüyü, İmişli pivə komponentləri zavodu və Ağdam xalça fabriki kimi obyektlər daxildir. Gəncədə yerləşən Foriella tekstil zavodu üçün isə sendviç panellərin tədarükü həyata keçirilir.
“UPS Construction” peşəkar komandası, yüksək texnoloji imkanları və müasir yanaşması ilə Azərbaycanın sənaye inkişafında aparıcı mövqe tutur və bu istiqamətdə fəaliyyətlərini daha da genişləndirməyi qarşısına məqsəd qoyur.
*3020
051 355 25 55
Əhməd Rəcəbli 1/25, Çinar Park Biznes Mərkəsi, 2-ci bina, 4-cü mərtəbə, 409-cu otaq, UPS MMC
! Bu məlumat trəfdaşlıq əsasında yayımlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 5 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
10 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir







.jpg)



.jpg)






