Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Cümə axşamı günü Almaniyada, Avrozonada, Böyük Britaniyada və ABŞ-da statistik məlumatların dərc olunması ərəfəsində dollar major valyutalar qarşısında bir qədər geriləyib.
EUR/USD valyuta cütlüyü ötən günü 1.12800 səviyyəsində ticarət olunmağa başlasa da, gün ərzində 1.13620 səviyyəsinə qədər yüksəlib. Hazırda isə məzənnə 1.13260 səviyyəsində qərarlaşıb. USD/JPY cütlüyü eniş tendensiyasını davam etdirir və artıq 143.140 həddindədir.
Dolların ucuzlaşması qızılın bahalaşması isə nəticələnib. Qiymətli metal hazırda beynəlxalq birjalarda 3339$ səviyyəsində ticarət olunur. ”Brent” markalı neftin bir barel üçün qiyməti ötən gün səhər saatlarından indiyə kimi 65.95$ -dan 63.95$-a qədər enib. Kapitalllaşmasına görə dünyanın ən böyük kriptovalyutası “Bitcoin” isə 112000$ həddinin üzərinə qalxmaqla yeni tarixi rekord müəyyən edib.
ABŞ-ın Maliyyə Nazirliyi çərşənbə günü axşam saatlarında illik 5% gəlirlə 20 illik dövlət istiqrazlarını 16 milyard dollar həcmində yerləşdirdi. Bu istiqrazlara marağın zəif olması səbəbilə faiz dərəcəsi 2020-ci ildən bəri rekord səviyyəyə çatdı. Öz növbəsində, yerləşdirmədən sonra 30 illik istiqrazların gəlirliliyi 11 baza bəndi artaraq 2023-cü ilin oktyabrından bəri maksimum səviyyəyə yüksəldi.
“20 illik istiqrazların zəif hərracı bazara təzyiq göstərdi. “Moody's” agentliyi tərəfindən ABŞ-ın reytinqinin aşağı salınmasından sonra bazarda bütün həftə ərzində zəiflik müşahidə olunur. Bundan əlavə, büdcə kəsiri ilə bağlı da suallar var”, - deyə ekspertlər qeyd edib. Xatırladaq ki, Konqresdə ABŞ prezidenti Donald Tramp tərəfindən təqdim edilmiş vergi azaldılması ilə bağlı genişmiqyaslı layihənin müzakirəsi davam edir. 3-5 trilyon dollar həcmində vergi güzəştləri nəticəsində vergi gəlirlərinin azalması büdcəyə əlavə təzyiq yarada bilər.
Ötən gün dərc olunan məlumatlara əsasən, Böyük Britaniyada istehlak qiymətləri aprel ayında illik ifadədə 3.5% artıb. İnflyasiya mart ayında qeydə alınmış 2.6%-lik göstərici ilə müqayisədə artıb. Analitiklər isə ötən ay üçün orta hesabla 3.3%-lik qiymət artımı proqnozlaşdırmışdılar. Aylıq ifadədə İstehlak Qiymətləri İndeksi 1.2% səviyyəsində dərc olunub. Qida məhsulları, alkoqol, tütün və enerji daşıyıcıları istisna olmaqla hesablanan İstehlak Qiymətlərinin Baza İndeksi (CPI Core) isə apreldə illik ifadədə 3.8%, aylıq ifadədə isə 1.4% artıb.
“S&P Global”-ın verdiyi məlumata görə, may ayında Yaponiyanın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) 52.4 bənd səviyyəsindən 50.8 bənd səviyyəsinə qədər zəifləyib. Bugün Almaniyada açıqlanacaq sənaye və xidmət sektorlarında PMI, "IFO" biznes mühiti indeksi, Biznes Gözləntiləri İndeksi və Almaniyanın Cari Qiymətləndirilməsi İndeksi, Avrozonada və Böyük Britaniyada dərc olunacaq PMI göstəriciləri və ABŞ-da açıqlanacaq PMI, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı və Təkrar Mənzil Bazarında Satışların Həcmi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
-
7 d. əvvəl
“Dəli-Dolu Təkliflər” ilə Baku Electronics-də alış-verişin həyəcanlı 4 günü başlayır!
- 13 d. əvvəl
- 27 d. əvvəl
- 41 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Gobustone" məhsullarının istehsalçısının kapitalı kəskin azaldılıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Bakının daşınmaz əmlak bazarı sürətli qiymət artımı mərhələsindən çıxaraq daha sabit fazaya keçib - PALATA
Azercell “GiqaAddım” ilə addımları internetə çevirir!
"Gobustone" məhsullarının istehsalçısının kapitalı kəskin azaldılıb
Ən çox oxunanlar
“NORM”da iclas keçiriləcək
Shell-in mənfəəti müharibə ilə yüksəlib
Uzunluğu 850 metr, hündürlüyü 53 metr olacaq - İnşasına başlanılıb
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 877 mini aşıb
Azərkosmos: Azerspace-3 layihəsi üzrə maliyyə institutları ilə danışıqlar davam edir






.jpg)
.jpg)





.jpg)






