Avropa bankı Azərbaycan bankına 5 milyon dollarlıq limit ayırdı
EBRD və Unibank Azərbaycanda ticarət maliyyələşməsini dəstəkləyəcəkUnibank və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında ticarət əməliyyatlarının dəstəklənməsinə yönəlmiş yeni tərəfdaşlıq razılaşması əldə olunub.
Bu barədə “Unibank” məlumat yayıb.
Qeyd edilib ki, EBRD Azərbaycanda ilk dəfə “Unibank”a Ticarətin Asanlaşdırılması Proqramı (TFP) çərçivəsində 5 milyon ABŞ dolları (təxminən 4.4 milyon avro) məbləğində maliyyələşmə limiti ayırıb. Azərbaycanın sistem əhəmiyyətli banklarından biri olan “Unibank”la bu razılaşma EBRD-nin Londonda keçirilmiş 2025-ci il İllik Yığıncağı çərçivəsində imzalanıb.
Bu əməkdaşlıq “Unibank”a özəl sektorun beynəlxalq ticarət əməliyyatlarını daha effektiv şəkildə maliyyələşdirməyə və dünya bankları ilə əlaqələri genişləndirməyə imkan verəcək. Eyni zamanda, bu təşəbbüs ölkənin qeyri-neft sektorunun inkişafına və idxal-ixrac əməliyyatlarının artmasına dəstək verir.
EBRD-nin Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə Maliyyə İnstitutları Direktoru Corc Orlov bildirib: “Londonda keçirilən EBRD İllik Yığıncağında “Unibank”dan olan həmkarlarımızı qarşılamaqdan məmnunam. Bu, bu il ərzində imzaladığımız ikinci razılaşmadır və bu dəfə xarici ticarətin dəstəklənməsi məqsədilə ticarət maliyyələşməsi xəttini açırıq. Əminəm ki, bu əməkdaşlıq “Unibank”ın ticarət maliyyələşməsi sahəsində fəaliyyətini genişləndirməsinə və Azərbaycanda ixrac-idxal əməliyyatlarının inkişafına töhfə verəcək.”
Unibank KB-nin Baş İnvestisiya İnzibatçısı Emin Rəsulzadə bildirib: “EBRD ilə əməkdaşlığımızın daha bir mərhələyə keçməsi bizim üçün qürurvericidir. Müştərilərimizin xarici ticarət əməliyyatlarının inkişafı istiqamətində atdığımız addımların belə nüfuzlu bir institut – EBRD tərəfindən tanınması və dəstəklənməsi bizim üçün böyük önəm daşıyır. Bu tərəfdaşlıq, “Unibank”ın Azərbaycanın qeyri-neft sektorunun inkişafına yönəlmiş strategiyasında mühüm yer tutur”.
EBRD-nin Ticarətin Asanlaşdırılması Proqramı hazırda 27 ölkədə fəaliyyət göstərir və 125-dən çox emissiya bankı, 800-dən artıq təsdiqləyici bankdan ibarət geniş şəbəkəni əhatə edir. Proqram yerli banklara təqdim olunan zəmanətlər vasitəsilə beynəlxalq ticarəti asanlaşdırır və yeni bazarlara çıxışı təşviq edir. EBRD Azərbaycanda aparıcı institusional investorlardan biridir – bank bu günədək ölkə iqtisadiyyatının müxtəlif sahələrində təxminən 4 milyard avro məbləğində 200-ə yaxın layihəyə sərmayə qoyub. Bankın yenilənmiş Azərbaycan strategiyası ölkənin qeyri-neft sektorunun və yerli maliyyə institutlarının dəstəklənməsinə, eləcə də yaşıl iqtisadiyyata sərmayələrin artırılmasına yönəlib.
“Unibank” KB ASC Azərbaycanın aparıcı kommersiya banklarından biridir. 33 ilə yaxın fəaliyyət dövründə Bank həm fiziki şəxslərə, həm də korporativ müştərilərə geniş çeşiddə bank xidmətləri göstərir. Unibank rəqəmsal bankçılıq və sahibkarlığın dəstəklənməsi sahəsində həyata keçirdiyi layihələrlə tanınır. Bank beynəlxalq tərəfdaşlıqlara açıqdır və xarici maliyyə institutları ilə əməkdaşlıq edərək yerli biznes üçün yeni maliyyə imkanları yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
1 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
1 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
15 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"























