“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ilin birinci rübünü 2.3 milyon manat mənfəətlə başa vurub
Yapı Kredi Bank Azərbaycan 2025-ci ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilri ki, ötən ili uğurla bitirən Yapı Kredi Bank Azərbaycanın 2025-ci ilin birinci rübün sonuna xalis mənfəəti 2.3 milyon manat təşkil edib.
Yapı Kredi Bank Azərbaycan, 25 illik fəaliyyət dövrü ərzində müştəri məmnuniyyətini ön planda tutaraq iqtisadi inkişafa dəstək verməyə davam etmişdir. Bank, innovativ xidmətləri və güclü maliyyə göstəriciləri ilə ölkə iqtisadiyyatına verdiyi töhfəni artırmağı hədəfləyir. 2025-ci il ərzində həyata keçiriləcək texnoloji investisiyalar nəticəsində məhsul və xidmətlərimizin daha da təkmilləşdirilməsi planlaşdırılır.
Ötən ilin müvafiq dövri ilə müqayisədə bankın faiz gəlirləri 8% artaraq 11.5 milyon manat, qeyri-faiz gəlirləri 18% artaraq 6.5 milyon manat təşkil edib. Ümumilikdə bankın xalis faiz gəliri 9.5 milyon manat olmuşdur.
Bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı maliyyə göstəricilərində özünü göstərmişdir. Belə ki, keçən ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 321 milyon manat təşkil etmişdir; biznes kreditləri portfeli 183 milyon manat, istehlak kreditləri portfeli 85 milyon manat olmuşdur. Daşınmaz əmlak kreditləri 53 milyon manat təşkil edibdir.
Bankın depozit portfeli 387 milyon manat, o cümlədən hüquqi şəxslərin depozitləri 298 milyon manat, fiziki şəxslərin depozitləri 89 milyon manat təşkil etmişdir.
2025-cü ilin 1-ci rübünün yekunlarına dair göstəricilərinə əsasən Yapı Kredi Bank Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir. Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 19%, məcmu kapitalının adekvatlıq əmsalı isə 21% olmuşdur.
Bankın tutulmalardan sonra məcmu kapitalı 102 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, minimum məcmu kapital norması 50 milyon manatdır.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
3 d. əvvəl
“PAŞA Holding”dən yeni törəmə şirkət – “PAŞA Maliyyə Holding” təsis edilib
-
-
20 d. əvvəl
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
1 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI



















