Fəal banklar seçib - “Bankçılıq Mükafatları- 2024”
11 aprel 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) fəaliyyətinin 35-ci və onun törəmə qurumu olan Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin fəaliyyətinin 25-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir zamanı ABA-nın təşkilatçılığı ilə “Bankçılıq Mükafatları – 2024” adlı tədbiri də baş tutmuşdur.
ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının sədrləri və ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri iştirak edib.
Mükafatlandırma mərasimində qeyd edilib ki, 2024-cü ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının, rəqəmsallaşmanın dəstəklənməsi tədbirləri, həmçinin digər tədbirlər reallaşdırılıb. ABA, bütün bu istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə fəal bankları seçib.
Belə ki, 2024-cü il üçün:
“Korporativ sosial məsuliyyət” nominasiyası üzrə “ABB” ASC, Accessbank” QSC, “Azərbaycan Sənaye Bankı” ASC, “Bank BTB” ASC, “Bank of Baku” ASC, “Bank VTB (Azərbaycan)” ASC, Expressbank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, ASC “Xalq” Bankı, “TuranBank” ASC, “Unibank KB” ASC, “Bank Respublika” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Yelo Bank” ASC, “Ziraat Bank Azərbaycan” ASC, “AFB Bank” ASC mükafatlandırılıb.
“Maliyyə savadlılığı dəstəkçisi” nominasiyası üzrə “ABB” ASC, “Accessbank” QSC, Azərbaycan Kredit Bürosu, “PAŞA Bank” ASC, “Unibank KB” ASC, “Expressbank” ASC, “Azər Türk Bank” ASC, “Azər Türk Bank” ASC, mükafata layiq görülüb.
“Təhsil dəstəkçisi” nominasiyası üzrə isə “Bank VTB (Azərbaycan)” ASC, ”Expressbank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “Unibank KB” ASC, “Yelo Bank” ASC, “ABB” ASC, “Bank Respublika” ASC, “Kapital Bank” ASC, “Ziraat Bank Azərbaycan” ASC təltif edilib.
“Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü” nominasiyası üzrə “ABB” ASC, “Accessbank” QSC, “Rabitəbank” ASC, “Ziraat Bank Azərbaycan” ASC, “Bank Respublika” ASC, “Kapital Bank” ASC mükafatlandırılıb.
“Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi” nominasiyası üzrə “Azər Türk Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “ABB” ASC, “Bank Respublika” ASC, “Kapital Bank” ASC, “Ziraat Bank Azərbaycan” ASC təltif edilib.
“Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə layihələri” nominasiyası üzrə “Bank of Baku” ASC, “Kapital Bank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC mükafatlandırılıb.
“Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)” nominasiyası üzrə “Bank of Baku” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Expressbank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “Unibank KB” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, ASC “Xalq” Bankı, “Yelo Bank” ASC, “Ziraat Bank Azərbaycan” ASC, “ABB” ASC, “Kapital Bank” ASC, “Bank Respublika” ASC mükafatlandırılıb.
Təbirin sonunda “ABA-nın fəaliyyətinə verdiyi dəstəyə görə” nominasiyası üzrə:
Cenk Yüksel – “Yapı Kredi Bank Azərbaycan” QSC;
Çingiz Əsədov – “Bank Respublika” ASC;
Ramin Məmmədov – “Yapı Kredi Bank Azərbaycan” QSC;
“Bank Avrasiya” ASC;
“Premium Bank” ASC;
Bank Melli İran Bakı filialı mükafatlandırılmışlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
-
18 d. əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 19 d. əvvəl
-
37 d. əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
39 d. əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
1 saat əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
1 saat əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
1 saat əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Ən çox oxunanlar
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
























