BYD-dən iddialı qlobal satış hədəfi
BYD bu il xaricə satışlarını iki dəfə artırmağı və 800 min avtomobil satmağı hədəfləyir.Çinin elektrikli avtomobil istehsalçısı BYD, 2025-ci ildə Çin xaricində 800 min ədəddən dən çox avtomobil satmaqla satışlarını ikiqat artırmağı hədəfləyir.
Marja.az xəbər verir ki, BYD-nin sədri Vanq Çuanfu (Wang Chuanfu) çərşənbə axşamı analitiklərə bildirib ki, şirkət öz avtomobillərini ölkə daxilində yığmaqla gömrük rüsumlarının təsirini məhdudlaşdırmağa çalışacaq.
Çuanfu , BYD-nin 2024-cü ildə Çin xaricində 417 min 204 ədəd avtomobil satdığını bildirib. O, şirkətin, Çin mənşəli məhsullar ilə rəqabətə çox açıq olan Böyük Britaniyadakı bazar payının əhəmiyyətli dərəcədə artacağını gözlədiyini söyləyib.
Şirkət fevral ayında artıq Türkiyə və Macarıstanda zavodların yaradılması prosesində olduğunu açıqlamışdı. İki zavodun ildə cəmi 500 min avtomobil istehsal gücünə sahib olması hədəflənir.
Ötən il BYD şirkətinin cəmi avtomobil satışı 4,27 milyon ədəd təşkil edib. BYD, 2025-ci ildə 5-6 milyon ədəd civarında avtomobil sata biləcəyi nəzərdə tutur.
İlk 2 ayda satışı 93 faiz artıb
BYD şirkətinin 2025-ci ilin ilk iki ayında satışı ötən ilin eyni dövrünə nisbətən 93 faiz artaraq 623 min 300 ədəd təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)







