S&P Avrozonanın iqtisadi artım proqnozunu aşağı saldı
"S&P Global Ratings" qeyri-müəyyənliklər və ABŞ tarifləri səbəbindən bu il Avrozona üçün iqtisadi artım proqnozunu 0,9%-ə endirib."S&P Global Ratings"in "Avro Bölgəsi 2025-ci ilin 2-ci rübü: Qeyri-müəyyənlik dünyası" adlı hesabatı dərc olunub.
Marja.az-ın məlumatına görə, qurum ABŞ-ın tarifləri və digər qeyri-müəyyənliklərin mümkün təsirləri səbəbindən bu il Avrozona üçün iqtisadi artım proqnozunu əvvəlki 1,2% faizdən 0,9 faizə endirib. Bununla belə, Almaniya və Avropa İttifaqında (Aİ) fiskal stimullaşdırma tədbirləri sayəsində 2026-cı ildən etibarən iqtisadi artımda əhəmiyyətli canlanma gözlənilir.
Avropa Mərkəzi Bankının ilin son faiz endirimini iyun ayında edərək faiz dərəcəsini 2,25 faizə endirə biləcəyi proqnozlaşdırılsa da, faiz artımlarının 2026-cı ilin ikinci yarısında da ola biləcəyi təxmin edilir.
S&P Global Ratings-in Avropa, Yaxın Şərq və Afrika üzrə baş iqtisadçısı Sylvain Broyer, iqtisadi perspektivin qeyri-müəyyən olduğunu söyləyib və əlavə edib: "Buna görə ABŞ tariflərinin nəticəsi ilə bağlı bir neçə fərqli ssenarini qiymətləndiririk. Tariflərin təsirli olduğu bir ssenaridə, iqtisadi artım bu il 0,5 faiz, 2026-cı ildə isə 1,2 faiz təşkil edə bilər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
7 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 9 saat əvvəl
-
9 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















