ABB bu il rekord məbləğdə dividend ödəyəcək - MÜSAHİBƏ
Abbas İbrahimov: "ABB maliyyə qrupu ili 360 milyon manat məbləğində xalis mənfəətlə başa vurub. Bank menecmenti olaraq biz səhmdarlarımıza 200 milyon manat dividend ödənilməsini təklif etmişik. ABB-nin hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə 15,6% olacaq"Bu ilin 7 mayında ABB Səhmdarlarının Ümumi Yığıncağı keçiriləcək. Artıq bununla bağlı bildiriş yayılıb. Yığıncağın gündəliyindəki aktual məsələlərdən biri də səhmdarlara 2024-cü ilin mənfəətindən dividend ödənişi ilə bağlıdır. Bank ötən il uğurla həyata keçirilmiş səhm emissiyasından sonra bu il ilk dəfə olaraq kütləvi sayda, yəni 30 mindən çox səhmdarı ilə öz qazancını bölüşəcək.
Bununla bağlı və digər suallarımızı ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimova ünvanladıq.
-Abbas müəllim, ABB 2024-cü ilin mənfəətindən səhmdarlarına nə qədər dividend ödəyəcək?
-Bu günlərdə beynəlxalq mühasibat standartlarına əsaslanan maliyyə hesabatımıza kənar auditor rəyi verildi. ABB maliyyə qrupu ili 360 milyon manat məbləğində xalis mənfəətlə başa vurub. Bu nəticələr səhmdarlarımıza hər il olduğu kimi yüksək dividend ödəməyimizə imkan yaradır. Bank menecmenti olaraq biz səhmdarlarımıza 200 milyon manat dividend ödənilməsini təklif etmişik. Yeddi ildir, səhmdarlarımıza ardıcıl şəkildə yüksək dividendlər ödəyirik. Bu il nəzərdə tutulan 200 milyon manatlıq məbləğ isə son yeddi ilin rekord dividend məbləğidir.
7 may tarixində, Səhmdarların Ümumi Yığıncağında bununla bağlı müsbət qərar qəbul edilərsə, ABB-nin hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə 15,6% olacaq. Bu il ilk dəfə olaraq gəlirlərimizi onminlərlə Azərbaycan vətəndaşı ilə bölüşmək komandamız üçün böyük qürurdur. ABB-nin sağlam, mənfəətli, dayanıqlı fəaliyyəti yüzminlərlə insanın həyatına müsbət toxunuş edəcək.
-ABB səhmdarları dividend qazanclarını nə zaman əldə edəcəklər?
-Səhmdarların Ümumi Yığıncağının müvafiq qərarından sonra qanunvericiliyə uyğun şəkildə ödəniş prosedurlarına başlayacağıq. Dividend gəlirləri səhmdarlarımızın hesablarına köçürüləcək. Düşünürəm ki, Səhmdarların Ümumi Yığıncağından sonra növbəti bir ay ərzində, yəni təxminən bu ilin iyununa qədər hər bir səhmdarımız dividend qazancını əldə edə biləcək.
-Son günlər ABB səhmlərinin alqı-satqısında müəyyən canlanma var, səhm qiymətləri də bahalaşır. Bu, nə ilə bağlıdır?
-Bəli, son aylar ABB səhmlərinə tələb artmaqdadır. Səhmlərin qiymətində də yüksəlmə var. Bankımızın səhmlərinə marağın artması, çox güman, ABB-nin uğurlu maliyyə göstəriciləri, Banka inamın daha da artması, habelə investorların dividend gözləntisi ilə bağlıdır. Məlumat üçün bildirim ki, 7 may tarixinə qədər ABB səhmi əldə etmiş və aldığı səhmlər həmin tarixədək Milli Depozit Mərkəzinin reyestrinə düşmüş hər bir səhmdarımıza 2024-cü ilin mənfəətindən malik olduğu səhm sayına uyğun dividend ödəniləcək.
-Hazırda əhalinin manatla investisiya alətlərinə və depozitlərə marağı necədir?
-2024-cü ilin əvvəlindən ABB-də fiziki şəxslərin depozitlərinin həcmi 34% və ya 665 mln. manatdan çox artıb ki, bu artımın da 75%-ni və ya 495 milyon manatdan çox hissəsini milli valyutada olan depozitlər təşkil edir. Dövr ərzində fiziki şəxslərin manatda olan müddətli əmanətlərinin həcmi 89% artaraq 900 mln manatı ötüb.
Ölkəmizin bank sektorunda isə son 3 ildə manatla depozitlərin həcmində 67% artım var, manatla əmanətlərimizin həcmi artıq 10 mlrd. manata yaxınlaşır. Bu dövrdə xarici valyutada fiziki şəxslərin əmanətlərinin ümumi portfeldə payı 39.8%-dən 34%-ə qədər azalıb. Bu da onu göstərir ki, əhalinin milli valyutaya inamı getdikcə güclənməkdədir.
-Bu inam əsaslıdırmı? Çünki ara-sıra xarici valyutaya tələbin artması da müşahidə edilir.
-Ümumən deyərdim ki, son illərdə ölkəmizdə valyuta bazarındakı situasiya sabitdir. Düzgün qeyd edirsiniz ki, bəzi dövrlərdə tələbin artımı müşahidə edilir, amma tələb artımı iqtisadi amillərdən kənar səbəblərə görə olduğundan müvəqqəti xarakter daşıyır. Bəzən iri layihələrin maliyyələşdirilməsi, bəzən də əsassız şayiələr tələbata qısamüddətli təsir göstərir. Bütövlükdə isə xarici valyutaya tələbin artması fundamental amillərlə bağlı olmadığı üçün dayanıqlı deyil.
Ölkəmizin valyuta ehtiyatları dayanıqlı şəkildə artır. 2024-cü ilin sonuna strateji valyuta ehtiyatlarımızın həcmi təqribən illik ÜDM-ə bərabər olub. Yalnız son 3 il ərzində Azərbaycanın valyuta ehtiyatları 33.4% və ya 17.8 mlrd. ABŞ dolları artıb. Mövcud ehtiyatlar ölkəmizi gözlənilməz xarici və daxili şoklardan qoruyan təhlükəsizlik yastığı rolunu oynayır. Düşünürəm ki, vətəndaşlarımız manatda həm səhm, istiqraz kimi alətlərə investisiya edə bilərlər, həm də banklarda manatla depozit yerləşdirib yüksək qazanc imkanından faydalana bilərlər.
-ABB gələcəkdə dividend siyasətini necə davam etdirməyi planlaşdırır? Səhmdarları nə gözləyir?
-ABB olaraq hədəfimiz uzunmüddətli perspektivdə səhmdarlarımızla qazancımızı bölüşməyə davam etməkdir. Bu baxımdan, mənfəətimizin bir hissəsi hər il dividend ödənişlərinə yönələcək. Əlbəttə, Bankın hər zaman sağlam və dayanıqlı maliyyə durumunda olması, strateji inkişaf planlarını həyata keçirə bilməsi üçün adekvat kapitallaşma səviyyəsinin qorunması çox önəmlidir. Biz innovativ və rəqabətqabiliyyətli biznes modelimizlə, səmərəli fəaliyyətimizlə, riskləri optimallaşdıraraq, mənfəətliliyi daim artırmaqla səhmdarlarımızın stabil gəlir əldə etməsini təmin etməyi hədəfləyirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 20 saat sonra
-
-
1 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
3 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti






.jpg)
.jpg)












.jpg)


