Audi ağır zərbə alır - 7500 iş yerini ixtisar edəcək
Audi: Şərtlər ağırlaşır, rəqabət təzyiqini hiss edirik, böyük çətinliklər yaranıb - 7500 iş yerini ixtisar edəcəyik.Avtomobil istehsalçısı, Volkswagen Qrupunun (VW) lüks avtomobil markası olan Audi, 2029-cu ilə qədər Almaniyada idarəetmə və inkişaf kimi sahələrdə iş yerlərini ixtisar edəcəyini açıqlayıb.
Marja xəbər verir ki, Audi açıqlamasında iqtisadi şərtlərin getdikcə çətinləşdiyini, rəqabət təzyiqi və siyasi qeyri-müəyyənliyin şirkətdə böyük çətinliklərə səbəb olduğunu və bunlara görə təxminən 7500 nəfəri işdən çıxaracağını qeyd edib.
Almaniyadakı zavodların gələcəyə hazır və rəqabətədavamlı olmasını təmin etmək üçün, Audi-nin 2029-cu ilə qədər 7500-ə yaxın iş yerinin ixtisar edilməsi barədə artıq qərar qəbul edildiyi bildirilib.
Şirkət illik kadr xərclərini 1 milyard avro azaltmağı hədəfləyir.
Audi növbəti 4 il ərzində Almaniyadakı zavodlarına ümumilikdə 8 milyard avro sərmayə yatıracaq.
Bundan əlavə, işçilərə əlavə ödənişlərin yenidən tənzimlənməsi hesabına əməkhaqqı xərcləri azaldılacaq.
Audi 2019-cu ildən bəri istehsalda təxminən 9500 nəfəri işdən çıxarıb və iki zavodunun gücünü əhəmiyyətli dərəcədə azaldıb.
Almaniyanın dəbdəbəli avtomobil istehsalçısı, xüsusən də elektrik avtomobillərinə olan tələbatın zəifləməsindən ağır zərbə alır. Şirkət Brüsseldəki zavodunu bağlamaq qərarına gəlmişdir.
Audi-nin ana şirkəti Volkswagen də 2024-cü ilin dekabrında 35 min iş yerinin ixtisar edilməsini əhatə edən xərclərin azaldılması proqramına başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)







.jpg)






