RNN Partners & Co şirkəti SAP proqramının tədrisinə start verdi
(®) 2023-cü ildən etibarən fəaliyyət göstərən RNN Partners & Co şirkəti müştərilərinə peşəkar xidmətlər təqdim edən konsaltinq və təlim mərkəzi kimi uğurla fəaliyyət göstərir. Şirkət bizneslərin maliyyə və idarəetmə proseslərini gücləndirmək məqsədilə iki əsas istiqamətdə xidmətlər göstərir: konsaltinq və təlim proqramları.
Etibarlı Konsaltinq Xidmətləri
Şirkətin təqdim etdiyi konsaltinq xidmətləri bizneslərin maliyyə və vergi sahəsində şəffaf və effektiv həllər əldə etməsinə imkan yaradır. Peşəkar komandamız aşağıdakı istiqamətlərdə xidmət göstərir:
-Mühasibat uçotunun qurulması və təşkili
-Maliyyə hesabatlarının tərtib olunması
-Maliyyə hesabatlarının auditi
-Vergi hesabatlarının tərtib və təqdim olunması
-Vergi auditi
Müasir Təlim Mərkəzi
Təlim mərkəzimiz müxtəlif sahələr üzrə mütəxəssislərin və peşə sahiblərinin bilik və bacarıqlarını inkişaf etdirmək üçün genişmiqyaslı təlim proqramları təqdim edir. Təlimlər aşağıdakı sahələri əhatə edir:
-Mühasibatlıq və Maliyyə: ICB Baza mühasibatlıq, MHBS, PMS 1-ci mərhələ, Maliyyə menecmenti və maliyyə analizi, Daxili audit
-İnsan Resursları və Vergi: HR Management, Vergi qanunvericiliyi (PMS – 2), Vergi bəyannamələri
-İT və Analitika: Excel A to Z, Excel Expert, Excel Advance, Power BI, Oracle SQL, Python təlimi
-Biznes və ERP Sistemləri: SAP MM (Materials Management), SAP FI (Financial Accounting), Dövlət satınalmaları, 1C proqramı
-Dil və Peşəkar İnkişaf: Business English, IELTS, SAT, TOEFL, Rus dili
Mərkəzimizin peşəkar təlimçiləri iştirakçılara ən son metodikalar və praktiki nümunələrlə biliklərini artırmağa kömək edir.
Strateji əməkdaşlıqlar
Ojag Consulting Services
RNN Partners & Co və avtomatlaşdırılmış proqram təminatı sistemləri üzrə qlobal liderlərdən biri olan Almaniyanın SAP şirkətinin Azərbaycan üzrə rəsmi "Gold" partnyoru Ojag Consulting Services LLC arasında əməkdaşlıq memorandumu imzalandı.
İmzaladığımız bu memorandum, gələcəyin ixtisaslı mütəxəssislərinin yetişdirilməsi və ölkəmizdə SAP ekosisteminin inkişafı üçün əhəmiyyətli bir başlanğıcdır.
SAP MM (Materials Management) və SAP FI (Financial Accounting) modullarının tədrisinə artıq başlanılmışdır.
SAP MM modulu materialların idarə olunması və tədarük zəncirinin optimallaşdırılmasını təmin edərkən, SAP FI modulu maliyyə hesabatlarının düzgün və şəffaf şəkildə tərtib edilməsini təmin edir. Təlimçilərimiz, hər iki modul üzrə dərin biliklərə sahib mütəxəssislərdir və ən müasir tədris metodlarından istifadə edirlər. Onlar iştirakçıları real biznes şəraitində qarşılaşa biləcəkləri çətinliklərə hazırlamaq üçün praktiki təcrübələrdən istifadə edirlər.
Missiya və Dəyərlərimiz
RNN Partners & Co olaraq missiyamız müştərilərimizə yüksək keyfiyyətli xidmətlər təqdim etmək, onların bizneslərinin inkişafına töhfə vermək və peşəkar bacarıqlarını artırmalarına kömək etməkdir. Şirkətimiz şəffaflıq, innovasiya və peşəkarlıq prinsiplərinə əsaslanaraq fəaliyyət göstərir.
RNN Partners & Co ilə uğura doğru
Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:
Ünvan: Mirəli Qaşqay 37
E-mail: [email protected]
Telefon: +994 10 250 00 95
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 25 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Kristal Bakı" inşaat şirkəti gəlirinin 1000 dəfədən çox artdığını açıqladı
-
2 saat əvvəl
Bankların biznes kreditləri portfeli 157 milyon manatdan çox azalıb
-
2 saat əvvəl
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
-
3 saat əvvəl
Ölkəmizdə ödəniş kartlarının sayı 22 milyonu ötüb, nağdsız əməliyyatların həcmi 11%-dən çox artıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
-
3 saat əvvəl
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fermerlərlə görüş keçirilib
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı




















