Maliyyə Bazarı üzrə Təlim Mərkəzində təlimlərə qeydiyyat başladı
Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzdində fəaliyyət göstərir.Təlimlərimiz maliyyə bazarı mütəxəssislərinin peşəkar inkişafı və ictimaiyyətin maliyyə savadının gücləndirilməsini özünə məqsəd seçib.
Təlimlərdə iştirak edən iştirakçılar yekunda sertifikatla təmin olunur.
Aşağıda təqdim edilən təlim kurslarında qeydiyyat üçün Mərkəzimizlə əlaqə saxlayın.
Telefon: +994 (12) 498 16 77 Mobil: +994 (51) 498 16 77 E-mail: [email protected] Web: www.fmtc.az
1. Milli mühasibat uçotu standartlarının əsasları
Təlim proqramı Azərbaycan Respublikasının milli standartlarına uyğun təşkil edilmiş mühasibat uçotunun prinsip və qaydalarını, maliyyə hesabatlarının hazırlanmasını və vergi qanunvericiliyinin tələblərinin mühasibat uçotunda əks etdirilməsini əhatə edir.
Təlimin başlanma tarixi: razılaşdırılacaq.
Təlimin ümumi qiyməti: 250 AZN
Təlimin müddəti: 40 saat (2 ay)
Təlimçi: Şahin Həsənov - BP-nin proyekti olan Əsrin Tikintisində mühasibat sahəsi üzrə zəngin iş təcrübəsinə malikdir. Eyni zamanda, təlimçinin beynəlxalq Mühasibat ucotu sistemlərinin proqramlarında işləmək təcrübəsi var. Azərbaycan Dövlət Əmlak Komitəsində yüzdən artıq istehsal, sənaye, tikinti və digər profilli müəsisələrin hesabatlarını tərtib edib və müxtəlif audit yoxlamalarını həyata keçirib. Eyni zamanda qeyri-hökumət təşkilatlarının hesabatlarını beynəlxalq proqram və milli mühasibat standartları üzrə qurub. Hazırda Azərbaycan Banklar Assosiasiyasının baş mühasibi vəzifəsində çalışır.
2. İşgüzar ünsiyyət üçün ingilis dili (English for Business Communication)
İlk öncə ingilis dili biliyinizin səviyyəsi Placement Test (Oxford system) vasitəsilə müəyyən ediləcək. Daha sonra səviyyədən asılı olaraq sizin üçün proqram növü və müddəti seçiləcək.
Təlimin başlanma tarixi: razılaşdırılacaq.
Tədris dili: İngilis dili
İmtahanda iştirakın qiyməti (1 nəfər üçün): 15 AZN İmtahanın müddəti: 1 saat Təlimin aylıq qiyməti: 60 AZN
Təlimçi: Məlahət Vəliyeva - Böyük Britaniyanın Esseks Universitetində post-doktorantura təhsili çərçivəsində təlimçidir. 2003-2017-ci illərdə “British Council” təşkilatının xətti ilə müxtəlif müəssisə və təşkilatlarda ingilis dili üzrə təlimlər həyata keçirmiş, beynəlxalq layihələrdə tərcüməçi vəzifəsini icra etmişdir. 2014-cü ildə ADA Universitetində hal-hazırda isə Azərbaycan Dillər Universitetində pedaqoji fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 18 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























