“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ötən həftə Avrozonada İstehlak Qiymətləri İndeksi göstəricilərinin proqnozların üzərində açıqlanmasına, Amerikada isə əmək bazarı, xüsusilə də NFP hesabatının ötən ay ilə müqayisədə artımla dərc olunmasına, həmçinin, Avropa Mərkəzi Bankının faiz dərəcələrini növbəti dəfə azaltmasına baxmayaraq dolların çöküşü bütün həftə ərzində davam edib.
Donald Trampın tarif siyasətinin ABŞ-ın xarici ticarət siyasətində yol açacağı fəsadlar, Yaxın Şərqdə gərginliyin yenidən artması, Rusiya-Ukrayna müharibəsində hələ ki, sona gəlinmədiyinə dair artan narahatlıqlar, ən əsası bu sadalanan mövzularda ABŞ prezidentinin seçki platformasında verdiyi vədlərə əməl etməməsi fonunda dollar major valyutalar qarşısında kəskin ucuzlaşdı. EURUSD və GBPUSD məzənnələri təqribən 5000 point və 4000 point bahalaşaraq, müvafiq olaraq 1.08900, 1.29500 hədlərinə yüksəldilər. USDJPY cütlüyü 151.300 həddindən 146.900 həddinə kimi, USDCHF cütlüyü isə 0.90300 səviyyəsindən 0.87670 səviyyəsinə kimi sərt enişlə yadda qaldı. Qızıl son bir həftə ərzində üfüqi tendensiya sərgiləyir. “Buğalar” qiyməti 2900$-ın üzərində qoruyub saxlaya bilsələr də, artım tendensiyası səngiyib.
Cari həftə ərzində investorların diqqət mərkəzindəki əsas xəbərlər Amerikada və Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi və İstehlak Qiymətlərinin Baza İndeksi (CPI), İngiltərədə və Yaponiyada ÜDM hesabatı və Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı olacaq.
Həftənin iqtisadi təqvimində yer alan digər xəbərlər isə ABŞ-da “JOLTS” - Boş İşyerləri və Vakansiyalar Hesabatı, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, eləcə də Kanada Mərkəzi Bankının faiz qərarı olacaq.
EUR
Ötən həftə ərzində 1.08900 səviyyəsinə qədər yüksələn EURUSD məzənnəsi cari həftəyə cüzi itkilərlə start verdi. Hazırda valyuta cütlüyü 1.08300 səviyyələrində ticarət olunur.
Cari həftə ərzində Almaniyada dərc olunacaq CPİ hesabatı və AMB sədri Kristi Laqardın çıxışı avronun dünya birjalarındakı qiymətlərinə yön verə biləcək əsas xəbərlərdir.
GBP
Keçən həftəni 1.29500 həddində tamalayan GBPUSD valyuta cütlüyü hazırda 1.29050 səviyyəsində ticarət olunur. “Buğalar” qiyməti 1.30$ həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, funt-sterlinq də artım tendensiyası daha kəskin xarakter ala bilər.
XAU/USD
Fevral ayında ard-arda rekordlar qıran qızıl mart ayının ilk həftəsində 2930$ - 2900$ aralığında üfüqi dalğalanması ilə yadda qaldı. Hazırda, 2908$ həddində ticarət olunan “sarı metal”, həm Ukrayna-Rusiya münaqişəsinin necə davam edəcəyinə dair qeyri-müəyyənliklər, həm də Donald Trampın tarif siyasətinin qlobal iqtisadi, eləcə də geosiyasi riskləri artıra biləcəyinə dair qorxular “güvənli liman” maliyyə aləti kimi çıxış edən qızıla tələbi yenidən artıra bilər.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
-
6 saat əvvəl
Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır
- 7 saat əvvəl
-
8 saat əvvəl
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
-
8 saat əvvəl
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
-
8 saat əvvəl
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
Ən çox oxunanlar
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
Fevralın 13-də gözlənilən hava şəraiti
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq






















