“Gilan-Lənkəran” konserv zavodunda müasir avadanlıq quraşdırılacaq
“Gilan Orchards” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vaqif Süleymanov deyib ki, MMC-nin əsas fəaliyyət istiqaməti sitrus meyvələri istehsalı və satışıdır:
“Müəssisəmiz 2015-ci ildə yaradılıb. Yeni yaradılmış sitrus meyvə təsərrüfatının ümumi sahəsi 100 hektar təşkil edir. Sitrus meyvələrinin istehsalı üçün mövcud olan əlverişli şərait bu sahənin gələcəkdə daha da inkişaf etdirilməsini şərtləndirən əsas amillərdən biridir. Fəaliyyətə başladığımız dövrdən respublikada ilk dəfə olaraq tərəfimizdən Koreya Respublikasından gətirilmiş 20 min “Hallabonq” sitrus ağacı 15 hektar sahədə əkilib. Həmin sahələrdən ötən il 1,5 ton yüksək keyfiyyətli nübar məhsul yığılıb. Hazırda sitrus meyvə bağlarının genişləndirilməsi istiqamətində işləri davam etdiririk. Bu məqsədlə əlavə olaraq xaricdən 25 min sitrus ağacı gətirilərək cari ilin yaz aylarında 85 hektar sahədə əkilib. Sitrus təsərrüfatında 200 nəfər yerli sakin daimi işlə təmin olunub. Lənkəranın dağətəyi ərazilərində terras əkin üsulu ilə sitrus sahələrinin salınması davam etdirilir”.
MMC-nin direktoru bildirib ki, respublika müşavirəsində qarşıya qoyulan məqsədlərdən biri də yeni iş yerlərinin yaradılmasıdır. Görülən işlər nəticəsində rayonda istifadəsiz qalmış torpaqlar yenidən əkin dövriyyəsinə cəlb ediləcək ki, bu da minlərlə yerli sakin üçün daimi iş yeri olacaq. Yəni, bu işə də öz töhfəmizi verməyə çalışacağıq. Yeni salınmış sitrus bağlarında suvarma ilkin olaraq damcı üsulu ilə həyata keçirilir. Sonrakı mərhələlərdə çiləmə və daha mütərəqqi suvarma üsullarından da istifadə edilməsi nəzərdə tutulub.
“Xüsusilə vurğulamaq istəyirəm ki, yeni əkilmiş “Hallobong” sitrus meyvə növü əvvəllər rayonda kütləvi şəkildə əkilmiş naringi növlərindən 2-3 dəfə tez məhsul verməklə yanaşı, məhsuldarlığı da 2-3 dəfə çox olur. Bu yüksək nəticəni biz yeni salınmış sitrus bağımızda praktik olaraq gördük. Qazanılmış nəticə bizi daha da həvəsləndirir. Bu sahənin sürətlə inkişaf etdirilməsi planlaşdırılır. Məhsulun ixracqabiliyyətli olduğunu nəzərə alaraq yaxın illərdə daxili bazarla yanaşı, xarici bazarlara ixrac edilməsi məqsədilə rayonda fəaliyyət göstərən “Gilan-Lənkəran” konserv zavodunda məhsulun müasir standartlar səviyyəsində çeşidlənməsi və qablaşdırılması üçün yeni müasir texnoloji avadanlıq quraşdırılacaq”, - deyə Vaqif Süleymanov vurğulayıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 16 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























