Tramp vətəndaşlıq satacaq: 5 milyon dollarlıq "Qızıl kart" al, vətəndaş ol
ABŞ prezidenti Donald Tramp iş yerləri yaradacaq xarici investorlara xüsusi “Qızıl Kart” təqdim edəcəklərini açıqlayıb. 5 milyon dollara satılacaq bu kart həm yaşıl kart imtiyazları verəcək, həm də vətəndaş olmağı asanlaşdıracaq.ABŞ prezidenti Donald Tramp iş yerləri yaradacaq xarici investorlara xüsusi “Qızıl kart” təqdim edəcəklərini açıqlayıb.
Marja xəbər verir ki, 5 milyon dollara satılacaq bu kart həm "Yaşıl kart" imtiyazları təqdim edəcək, həm də vətəndaş olmağı asanlaşdıracaq.
ABŞ Prezidenti Donald Tramp, Oval Ofisdə imzaladığı sərəncamlardan sonra verdiyi açıqlamada, ölkəyə böyük məbləğdə sərmayə qoyacaq əcnəbilər üçün yeni immiqrasiya proqramını açıqlayıb. Tramp, "Qızıl kart" adlanan bu yeni sistemdə investorların 5 milyon dollara yaşıl kart və vətəndaşlıq alacağını bildirib.
Bu proqramın ABŞ iqtisadiyyatına böyük töhfə verəcəyini iddia edən Tramp, "Varlılar bu kartla ölkəmizə gələcək, çoxlu pul xərcləyəcək, çoxlu vergi ödəyəcək və iş yerləri açacaq. Bunun son dərəcə uğurlu olacağını düşünürük" deyib.
Proqramın təfərrüatlarının yaxın iki həftə ərzində açıqlanacağını bildirən prezident Tramp, "1 milyon kart satsaq, 5 trilyon dollar edir. 10 milyon kart satsaq, 50 trilyon dollar edir. 35 trilyon dollar borcumuz var, bu, yaxşı olardı. Baxacağıq", - deyib.
"Qızıl kart"ın bütün ölkələrdən olan investorlara açıq olub-olmayacağı barədə suala Tramp belə cavab verib: "Bu, vəziyyətdən asılı olacaq. Kimin uyğun olduğunu hərtərəfli nəzərdən keçirəcəyik".
Rusiyalı oliqarxın "Qızıl kart" ala biləcəyini soruşduqda o, belə cavab verib: "Bəli, yəqin. Bəzi rus oliqarxlarını tanıyıram, çox yaxşı insanlardır".
Yaşıl kart sahibinə ABŞ-da qeyri-müəyyən müddətə yaşamaq və işləmək hüququ verdiyi halda, EB-5 proqramı investorlara müəyyən investisiya və məşğulluq şərtlərinə cavab verdikləri təqdirdə yaşıl kart əldə etmək imkanı təklif edirdi. Lakin Tramp administrasiyası bu sistemi qızıl kart proqramı ilə əvəz etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
16 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
23 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















