İKTA modem və routerlərdən istifadə ilə bağlı vətəndaşlara, internet operator və provayderlərinə müraciət edib
Agentlik: "Bir çox istifadəçi internetin zəif işlədiyini düşünür, lakin problem internet xidmətində deyil, istifadə olunan köhnə və ya uyğun olmayan “Wi-Fi” avadanlığında ola bilər". Agentlik tərəfindən Azərbaycan ərazisində fəaliyyət göstərən və müştərilərini modem və marşrutlayıcılarla təchiz edən internet operator və provayderlərinə öz abunəçilərinə yeni nəsil “Wi-Fi” cihazlarını (“Wi-Fi 5” və ya “Wi-Fi 6”) təqdim etmələri tövsiyə olunur.Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) sabit genişzolaqlı internet xidmətlərindən istifadə edən vətəndaşları istifadə etdikləri “Wi-Fi” cihazlarını seçərkən diqqətli olmağa çağırıb.
İKTA bildirir ki, GPON (Gigabit Passive Optical Network) texnologiyası ilə yüksəksürətli internetdən tam yararlanmaq üçün düzgün “Wi-Fi” modem və ya marşrutlayıcının (Router) seçimi vacibdir. Bir çox istifadəçi internetin zəif işlədiyini düşünür, lakin problem internet xidmətində deyil, istifadə olunan köhnə və ya uyğun olmayan “Wi-Fi” avadanlığında ola bilər.
İstifadəçilərə internetin keyfiyyətini və dayanıqlılığını təmin etmək məqsədilə ən son texnoloji tələblərə cavab verən 5-ci və 6-cı nəsil (“Wi-Fi 5” və “Wi-Fi 6”) modem və marşrutlayıcılardan (Router) istifadə etmələri tövsiyə olunur. Belə ki, əgər abunəçinin GPON internet tarifi üzrə sürəti 100 Mbps ətrafındadırsa, ən azı “Wi-Fi 5” modemi istifadə etməsini, eləcə də daha yüksək performans, daha az gecikmə və eyni anda daha çox cihaz dəstəyi üçün isə “Wi-Fi 6” seçim etməsi məqsədəuyğundur.
Həmçinin avadanlıq seçimi edərkən onun hansı məkanda istifadə edilməsinə diqqət yetirilməli, eyni zamanda internetin istifadə məqsədləri də nəzərə alınmalıdır. Belə ki, yüksəkkeyfiyyətli videolara baxmaq, onlayn videooyunlar, sosial şəbəkələrdəki və internet üzərində olan canlı yayımlar, konfranslar üçün bəzi hallarda artıq “Wi-Fi 4” cihazları kifayət etmir.
Əgər daha yüksək sürət, gecikmənin az olması, həmçinin böyükölçülü SMART TV, onlayn oyunlar, HD, 4K və daha keyfiyyətli canlı izləmələr istifadə olunan hallar, həmçinin eyni anda daha çox cihazın qoşulmasını təmin etmək üçün “Wi-Fi 5” və ya “Wi-Fi 6” cihazlarının istifadəsi tövsiyə olunur. Eləcə də “dual-band Wi-Fi” tipli son istifadəçi cihazlara üstünlük verilməsi daha faydalı ola bilər.
Aşağıdakı sadə təlimat sizə doğru “Wi-Fi” modemini seçməkdə və “Wi-Fi 5” və “Wi-Fi 6” arasındakı fərqləri anlamaqda kömək edəcək.

İstifadəçilərə “Wi-Fi” modem seçərkən və ya provayderlər tərəfindən təklif olunduğu halda yüksəksürətli interneti tam ötürə bilməyən artıq qocalmış texnologiya sayılan yalnız “Wi-Fi 4”-ü dəstəkləyən modemləri almamaq, satıcıdan və provayderdən uyğunluq sertifikatı və ya ən azı mənşə sertifikatı olmayan keyfiyyətsiz və tanınmamış markaları seçməmək, eləcə də “Single-band router”ləri seçməkdən çəkinmələri tövsiyə edilir. Bu cür hallarla rastlaşdıqda isə İKTA-nın “E-Şikayət” platforması üzərindən müraciət etməyiniz xahiş olunur.
Müştəri məmnuniyyətini, xidmətin keyfiyyətini və ölkənin beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmləndirilməsinə müsbət təsirini nəzərə alaraq, Agentlik tərəfindən Azərbaycan ərazisində fəaliyyət göstərən və müştərilərini modem və marşrutlayıcılarla təchiz edən internet operator və provayderlərinə öz abunəçilərinə yeni nəsil “Wi-Fi” cihazlarını (“Wi-Fi 5” və ya “Wi-Fi 6”) təqdim etmələri tövsiyə olunur.
Qeyd edilib ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahəsində tənzimləməni və nəzarəti (keyfiyyətə nəzarət daxil olmaqla), eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
30 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
-
32 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 44 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur






















