Müflis elan edilmiş "Yeni Həyat" barədə açıqlama
Bir neçə gündür bir sıra xəbər saytlarında “Yeni Həyat” MMC-nin müflis elan edildiyi barədə xəbərlər yayılır. Məlumata görə, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qətnaməsi ilə MMC (VÖEN:1500011251) müflis elan edilib. Əliyev Elşən Qəni oğlu “Yeni Həyat”ın əmlak inzibatçısı təyin edilib. “Yeni Həyat “ MMC-nin (iflas prosesində olan ) kreditorlarının ilkin yığıncağı 12 sentyabr 2017-ci il saat 9.00-da Bakı şəhəri, Ə.Dəmirçizadə küçəsi 16 nömrəli ünvanda keçiriləcək.
Təəssüf doğuran, saytların dərc etdikləri xəbərlərdə müflis elan edilən şirkətin adına baxılaraq, “Yeni Həyat” şirkətlər qrupunun tikdiyi binaların görüntülərindən və şirkətin loqosundan istifadə etmələridir. Hətta bir sıra sayt məşhur şirkətin müflis elan edildiyini yazıb və “Yeni Həyat” şirkətlər qrupunun loqosundan istifadə edib.
“YENİ HAYAT Şirkətlər Qrupu” MMC-dən “Marja”ya bildirildi ki, müflis elan edilən “Yeni Həyat” MMC-nin onlar ilə heç bir əlaqəsi yoxdur:
“Adı çəkilən şirkətin bizim şirkətlə heç bir əlaqəsi yoxdur”.
“Yeni Həyat Şirkətlər Qrupu” MMC –nin VÖEN-i 2001677001-dir.
“Marja” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanda 20-yə yaxın “Yeni Həyat” adında şirkət var. Onlardan 4-ü "Yeni Həyat" MMC adındadır.
2002-ci ildə yaradılmış, öz yenilikçi ideyaları və novatorluğu ilə fərqlənən Yeni Həyat Şirkətlər Qrupu MMC Azərbaycanın tikinti bazarında ən öncül şirkətlərdən biridir. “YENI HAYAT RESIDENCE”, “YENI HAYAT PLAZA”, “AZURE RESIDENCE”, “AZURE BUSINESS CENTER”, “MEGAFUN”, “PARK AZURE” və “GRAND HAYAT” şirkətlər qrupunun layihələridir.
"Yeni Hayat" Şirkətlər Qrupu, Nobel prospekti 15, Xətai metrosunun yaxınlığında yerləşir.
Kommersiya qurumunun adı | VÖEN |
"BANK OLMAYAN KREDİT TƏŞKİLATI YENİ HƏYAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ | 1000663221 |
"YENİ HƏYAT 2013" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ | 4200555411 |
"YENİ HƏYAT AFD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ | 2002029281 |
"YENİ HƏYAT FİRMASI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ | 2800034841 |
"YENİ HƏYAT KƏND" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ | 8501103331 |
"YENİ HƏYAT ŞİRKƏTLƏR QRUPU" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ | 2001677001 |
"YENİ HƏYAT" İCTİMAİ-SİYASİ QƏZETİ REDAKSİYASI | 0900019881 |
"YENİ HƏYAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ | 7500107601 |
"YENİ HƏYAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ | 1500011251 |
"YENİ HƏYAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ | 3000022981 |
"YENİ HƏYAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ | 4400253231 |
"YENİ HƏYAT" MƏNZİL TİKİNTİ KOOPERATİVİ | 1500546821 |
"YENİ HƏYAT" QƏZETİ | 1300651321 |
"YENİ HƏYAT" SUDAN İSTFADƏEDƏNLƏR ASSOSİASİYASI | 4500237321 |
"YENİ HƏYAT-11" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ | 2301564421 |
"YENİ HƏYAT-A" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ | 8300771451 |
"YENİ HƏYAT-BB. KOMPLEKSİ" MƏNZİL TİKİNTİ KOOPERATİVİ | 1401082721 |
"YENİ HƏYAT-R.Ə" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ | 1600861221 |
YENİ HƏYAT MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ | 8300096761 |
YENİ HƏYAT MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ | 2900586721 |
YENİ HƏYAT QƏZETİ | 6400032451 |
YENİ HƏYAT-L MƏNZİL TİKİNTİ KOOPERATİVİ | 1300834781 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 41 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi






















