Peskov, Putinin Trampı mayın 9-da Moskvada qəbul etməyə hazır olduğunu açıqlayıb
Rusiya Prezidentinin mətbuat katibi Peskov bildirib ki, Putin və Tramp arasında mümkün görüş yeri kimi Ər-Riyad qeyd edilib, lakin bu məsələ ilə bağlı yekun qərar yoxdur. Onun sözlərinə görə, dövlət başçılarının görüşünə hazırlıq həftələr və ya aylar çəkə bilər. Kreml həmçinin qeyd edib ki, Putin Trampı mayın 9-da Moskvada görməyə şad olacaq. Rubl Tramp və Putin arasında gözlənilən mümkün görüş xəbəri ilə bahalaşır. Rusiya Mərkəzi Bankı fevralın 14-nə dolların rəsmi məzənnəsini birdən-birə 3 rubl aşağı salıb.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında mümkün görüş yeri kimi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın adı çəkilib, lakin bu məsələ ilə bağlı yekun qərar yoxdur.
Marja xəbər verir ki, onun sözlərinə görə, dövlət başçılarının görüşünə hazırlıq bir neçə həftə və ya aylar çəkə bilər.
Trampın mayın 9-da Moskvaya səfərinin mümkünlüyündən danışan Peskov qeyd edib ki, Putin Amerika liderini Qələbənin 80-ci ildönümündə görməkdən şad olacaq.
“Həqiqətən də Ər-Riyadın adı çəkildi. Amma indiyədək bu məsələ ilə bağlı nə işçi səviyyəsində, nə də ən yüksək səviyyədə heç bir qərar qəbul edilməyib”, – Peskov "Birinci Kanal"a müsahibəsində deyib . O, əlavə edib ki, iki lider arasında görüşə hazırlıq “həftələr, aylar və bir neçə ay” çəkə bilər.
Kreml sözçünün sözlərinə görə, iki ölkə liderləri öz köməkçilərinə təmaslara başlamaq üçün lazımi göstərişlər veriblər.
Peskov qeyd edib ki, Putin və Tramp Avropanın gələcək danışıqlarda iştirakını müzakirə etməyiblər. Ukraynanın özünə gəlincə, o, “bu və ya digər şəkildə, əlbəttə ki, danışıqlarda iştirak edəcək”.
Trampın mayın 9-da Moskvaya gəlməsinin gözlənilməsi ilə bağlı sualı cavablandıran Peskov qeyd edib ki, faşizm üzərində qələbənin simvolu olan bu gün “indiki şəraitdə xüsusilə vacibdir”. “Və buna görə də, bu qələbənin sevincini və bu günün əhəmiyyətini bizimlə bölüşməyə qərar verən ölkələr, xüsusən də böyük dövlətlər varsa, əlbəttə ki, biz və xüsusən də prezident Putin onları Moskvada məmnuniyyətlə qarşılayacağıq”, – Peskov cavab verib.
Çərşənbə günü, fevralın 12-də Putin və Tramp arasında ilk rəsmi söhbət baş tutub. Kremlin məlumatına görə, söhbət təxminən bir saat yarım davam edib. Digər məsələlərlə yanaşı, Ukrayna məsələsi də müzakirə olunub. Peskov deyib ki, Putin və Tramp öz köməkçilərinə dərhal görüş üzərində işə başlamaq barədə göstəriş verməyə razılaşıblar. Tramp Rusiya prezidenti ilə danışdıqdan sonra ukraynalı həmkarı Vladimir Zelenskiyə zəng edib.
Rubl Putin və Tramp arasında gözlənilən mümkün görüş xəbərləri ilə bahalaşır. Rusiya Mərkəzi Bankı dolların rəsmi məzənnəsini fevralın 14-nə 91 rubl təyin edib, onu birdən-birə 3 rubl aşağı salıb, sonuncu dəfə dolların rəsmi məzənnəsi təxminən beş ay əvvəl, 2024-cü il sentyabrın 19-da 92-dən aşağı olub. Analitiklər rublun bahalaşamsını geosiyasi gərginliyin azalacağını vəd edən, müsbət xəbər fonunun güclənməsi ilə əlaqələndirirlər.
Müştərilərin xəbərləri

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 5 gün sonra
-
11 saat əvvəl
İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub
-
-
11 saat əvvəl
“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib
-
12 saat əvvəl
İclas keçiriləcək, "NORM" şirkətinin strateji layihələrinə dair müzakirələr aparılacaq
- 13 saat əvvəl
-
14 saat əvvəl
İri bankdan 40 milyon manatlıq istiqraz - ZƏNG ÇALINDI, ABUNƏ YAZILIŞI BAŞLADI
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nepalda sosial media qadağası ilə bağlı etirazlarda azı 14 nəfər ölüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjasında "Bank of Baku"nun istiqrazlarının “Açılış Zəngi” keçirilib
- 15 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub

“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
Ən çox oxunanlar

Başlamasına artıq sayılı günlər qaldı

İllik gəlirliliyi 11,5% olan istiqrazlara abunə yazılıı başlayır

Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi

ADY-də ABŞ-nin biznes nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

AZAL Maldiv adalarına uçuşları bərpa edir

Birjalarda son vəziyyət
