Xəzər dənizinin yeni flaqmanı - 378 milyonluq gəmi istismara verildi
Xəzər dənizinin yeni flaqman gəmisi olan Xankəndi bu gün istismara verilib.
"Şahdəniz" konsorsiumundan “Marja”ya daxil olmuş məlumata görə, ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq “Şahdəniz Mərhələ 2” (ŞD2) layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilmiş və inşa edilmişdir.
Yeni 378 milyon ABŞ dolları dəyərində olan gəminin bu gün Bakıda keçirilmiş rəsmi açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev iştirak etmişdir.
Şahdəniz yatağına göndərilməyə hazır olan Xankəndi gəmisi növbəti on bir il ərzində orada sualtı quraşdırma və tikinti işləri həyata keçirəcək.
Şahdəniz konsorsiumunun əməliyyatçısı olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz:
“Nəhəng Şahdəniz Mərhələ 2 layihəsi çərçivəsində Xəzər dənizində ən müasir sualtı hasilat texnologiyasını quraşdırmağa qadir olan bu mürəkkəb və əsl çoxfunksiyalı gəmini istismara verməyimizdən qürur duyuruq. Bu, Şahdəniz layihəsindəyerli podratçı şirkətlə əməkdaşlıqdaəldə edilmiş daha bir əlamətdar nailiyyətdir və biz Xankəndi gəmisinin layihəyə əhəmiyyətli dəstək verəcəyini gözləyirik. Bu unikal gəminin inşasının təhlükəsiz və səmərəli şəkildə başa çatdırılmasında böyük əməyi olan Bakı Gəmiqayırma Zavoduna və bu işlərə öz töhfəsini vermiş bütün digər tərəflərə öz təşəkkürümü bildirirəm”.
Gəminin uzunluğu 155 metr, eni 32 metr və əsas göyərtə sahəsi isə 2000 kv.metr təşkil edir. Gəminin ümumi çəkisi 17600 tondur və suya oturumu 6,5 metr olmaqla daşıma gücü 5000 metrik ton təşkil edir. Gəmidə 6 ədəd 4,4MVt və 2 ədəd 3,2MVt gücündə generatoru olan iki mühərrik bölməsi var. O, 3,5 metr hündürlüyündə dalğalarda (Hs) fəaliyyət göstərə bilmək üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək dərinlikdə sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kran, iki ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, iki ədəd məsafədən idarə olunan sualtı aparat və möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası ilə təchiz edilib.Xankəndi gəmisi lövbərlərə heç bir ehtiyac olmadan ən mürəkkəb işləri həyata keçirə bilər.
Gəmi heyəti və mütəxəssislər də daxil olmaqla Xankəndi gəmisinin göyərtəsi maksimum 175 nəfər üçün nəzərdə tutulub. Gəminin işçiləri mühəndis və layihə idarəetmə sahələrində ixtisaslaşmış həm yerli, həm də əcnəbi mütəxəssislərdən ibarətdir. İşçi heyətinin gələcəkdətam yerlilərdən ibarət olması üçün onlara geniş təlimlər keçirilməsi nəzərdə tutulub.
Xankəndi gəmisi SOCAR, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Keppel O&M şirkətinin yaratdığı birgə müəssisə olan Bakı Gəmiqayırma Zavodunda layihələndirilib və inşa edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 8 d. əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 12 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
17 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb


















