Bakının Baharı: Doğma şəhərimizin gələcəyi
"PMD Group" MMC və "Kvan Group" MMC-nin birgə həyata keçirdiyi “Bahar Residence” layihəsi çərçivəsində “Şəhərsalma, Memarlıq və Yaşayış Mühiti” adlı panel müzakirəsi keçirilib.
7 fevral 2025-ci il tarixində "Bahar Residence" satış ofisində “Bakının Baharı: Şəhər, Memarlıq və Yaşayış Mühiti” mövzusunda respublikanın qabaqcıl memarlarının iştrakı ilə panel müzakirəsi baş tutmuşdur. Bu müzakirənin məqsədi özəl sektorla memarlar arasında uzunvədəli dialoqun qurulması və sahənin ekspertlərinin fikir mübadiləsini təmin etməkdir.
Tədbir “Bahar Residence” təmsilçiləri tərəfindən açıq elan olunmuşdur. Paneldə Bakının yeni urbanistik simasının formalaşmasında layihələrin rolu, şəhər mühitinə inteqrasiyası və memarlığın insan rifahına təsiri barədə fikirlər səsləndirilmişdir.
Əsas müzakirə mövzusu isə memarların və əmlak inkşafı ilə məşğul olan şirkətlərin şəhər sakinləri qarşısında daşıdıqları məsuliyyət olmuşdur. Nəticədə memarlığın insan həyatına yön verdiyi və yeni həyat tərzi imkanları yarada biləcəyi fikri vurğulanmışdır. Həm qonaqlar, həm də özəl sektorun nümayəndələri memarlarla əməkdaşlığın insanyönümlü şəhərlərin yaradılması üçün mühüm olduğunu qeyd etmişdirlər.
Daha sonra spikerlər, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımazdə, "Reflect Architect" şirkətinin təsisçi memarı Nicat Nüsəlov və "Chalk Studion"un təsisçi memarı Leyla İbrahimova son zamanların gündəm mövzularından olan memarlıq irsinin qorunaraq müasir memarlığın necə mümkün ola biləcəyi haqqında rəy bildiriblər.
Ətraflı müzakirələri bu sitatla xülasələmək mümkündür: “Forma funksiyadan irəli gəlməlidir.” Yəni yaradılan memarlıq onun sakinlərinin müasir və dəyişkən tələbatlarını qarşıladığı təqdirdə uğurlu hesab edilə bilər. Panel iştrakçıları son illərdə əhəmiyyəti artan adaptiv memarlıq konsepsiyasının Azərbaycanda da tətbiq olunması gərəkdiyini bildiriblər. Prof. Elbəy Qasımzadə bu tip fikir mübadilələrinin özəl sektor və memarlar arasında uzunvədəli dialoqun qurulması üçün mütəmadi olaraq keçirilməsinin tərəfdarı olduğunu qeyd edib.Hərəkətli şəhər mühitində, Bakının mərkəzində dolğun və sakit həyat tərzi təqdim edən “Bahar Residence” bu tədbirlə şəhərsalma və memarlıq sahəsində mütəxəssisləri bir araya gətirərək Bakı şəhərinin gələcəyinə dair yeni perspektivlərin formalaşdırılmasına töhfə verməyi hədəfləyir.
Xatırladaq ki, “Bahar Residence” artıq ilk gündən şəhər sakinlərinin marağına səbəb olmuş, "PMD Group" və "KVAN Group"un birgə həyata keçirdiyi layihədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
7 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























