AFB Bank 2022-2024 Strategiyasını 122% icra ilə başa vurub
“AFB Bank” 2022-2024-cü illər üçün müəyyənləşdirdiyi strateji hədəflərə uğurla çataraq maliyyə göstəriciləri proqnozları üstələyəcək səviyyədə yerinə yetirib. Bu dövr ərzində bank ümumilikdə 23 milyon 115 min manat mənfəət əldə edib ki, bu da planlaşdırılan göstəricinin 122% icra olunması deməkdir. Halbuki, bu illər üçün bankın proqnozu 18 milyon 967 min manat idi. Beləliklə, mənfəət proqnozdan 4 milyon 148 min manat çox olub.
Bu barədə Marja.az-a Bankdan bildirilib.
Son üç ildə "AFB Bank"ın investisiyalardan əldə etdiyi faiz gəlirləri 12 milyon 182 min manat olub ki, bu da proqnoza nisbətən 4 milyon 440 min manat və ya 57.4% artıqdır. Bankın faizlər üzrə ehtiyat xərcləri isə 7 milyon 292 min manat proqnozlaşdırıldığı halda, faktiki olaraq 3 milyon 586 min manat təşkil edib (proqnoza görə 51% az).
Hesabata əsasən, ümumi faiz xərcləri 13 milyon 467 min manat (proqnoza nisbətən 21.3% çox), qeyri-faiz xərcləri 13 milyon 723 min manat (5% çox), inzibati xərclər isə 42 milyon 331 min manat (17.3% az) icra olunub.
Azərbaycan Respublikasının 2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasında əsas məqsədlərdən biri nağdsız əməliyyatların həcminin artırılması və şəffaflığın təmin edilməsidir ki, bu çərçivədə AFB Bank strategiyasında nağdsız dövriyyənin artırılmasını prioritet vəzifə kimi müəyyən etmişdir. Nəticədə, bu dövr ərzində nağdsız dövriyyənin həcmi 353% artmaqla nağdsız ödənişlərin həcmi 282 milyon AZN-ə çatdırılmışdır. Bununla, AFB Bank ölkə iqtisadiyyatının qarşıya qoyduğu məqsədlərə çatmasında öz töhfəsini verməkdədir.
Bank həmçinin bu dövrdə nağdsız əməliyyatların həcminin artırılması məqsədilə bir çox stimullaşdırıcı addımlar atmışdır. Belə ki, bank kifayət qədər müştəri üçün əlverişli şərtlər təqdim edən yeni kart məhsulunu təqdim etmiş, eyni zamanda “Google Pay” və “Apple Pay” xidmətlərini aktivləşdirmiş və onların inkişaf etdirilməsi üçün tədbirlər görməyə davam edir. Ödənişsiz əldə edilə bilən və bir sıra üstünlükləri özündə cəmləşdirən bu kart, xüsusilə marketlərdə, yanacaqdoldurma məntəqələrində, geyim mağazalarında, apteklərdə, kafe və restoranlarda 5%-ə qədər keşbek imkanı təklif edir. Digər əsas üstünlüklərdən biri də kartdakı qalığa illik 6% (AZN valyutasında) faiz hesablanmasıdır. Bundan əlavə, pulsuz "Lounge" xidməti, "Fast Track", transfer xidməti, rouminqdə internet və digər xidmətlər də mövcuddur. MONO kart eyni zamanda kredit kartı funksiyasına malikdir.
Eyni zamanda, AFB Bank rəqəmsal həllərin təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı layihələr üzərində işini davam etdirməkdədir.
Xatırladaq ki, “AFB Bank” 2008-ci ildən fəaliyyət göstərir və nizamnamə kapitalı 70.39 milyon manatdır. Bankın səhmlərinin 99.64%-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100%-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31.11%-lik səhmdarı), 0.18%-i Cəmil Tahir oğlu Muradova, 0.18%-i isə Toğrul Hacıyev Ülvi oğluna məxsusdur.
Hazırda “AFB Bank” 7 filial və 4 şöbə vasitəsilə həm hüquqi, həm də fiziki şəxslərə geniş bank xidmətləri təqdim edir. Filial şəbəkəsi Bakı, Sumqayıt, Gəncə və Qəbələ şəhərlərini əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
9 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"





















