"Carlsberg Azerbaijan" 2024-cü il üzrə güclü biznes nəticələri və rekord vergi ödənişi açıqladı
Şirkət 2023-cü illə müqayisədə satış həcmini 3.0% artıraraq, daha əlverişli məhsul çeşidi sayəsində xalis gəlirini 6.6% artırıb. "Carlsberg Azerbaijan"ın 2024-cü ildə pivə ixracı 2023-cü il ilə müqayisədə 255% artıb. 
 "Carlsberg Azerbaijan", ölkənin pivə istehsalı sahəsinin lideri, 2024-cü ildə əsas göstəricilər üzrə yüksək nəticələr nümayiş etdirib, o cümlədən 40 milyon manatdan çox rekord vergi ödənişləri həyata keçirib.
Bu barədə şirkətin yaydığı məlumatda bildirilir.
Şirkətin nəticələri
Qeyd edilib ki, bir sıra çətinliklərə baxmayaraq, şirkət 2023-cü illə müqayisədə satış həcmini 3.0% artıraraq, daha əlverişli məhsul çeşidi sayəsində xalis gəlirini 6.6% artırıb.
Xüsusilə müasir ticarət kanallarında (pərakəndə şəbəkələr) 10.1% artım müşahidə olunub. Bu, ölkə üzrə bütün pərakəndə şəbəkələrində ticarət avadanlığının quraşdırılması və əlavə satış nöqtələrinin cəlb olunması sayəsində baş verib.
HORECA seqmentində (otellər, restoranlar, kafelər) satışlar 18.4% artıb, buna səbəb premium brendlərin satışlarının və əhatəsinin artması ilə yanaşı süzmə Xırdalan pivəsinin satış həcminin yüksəlməsi olub.
Eyni zamanda ənənəvi ticarət kanallarında (kiçik mağazalar) 7.8% azalma müşahidə olunub. Bu azalma müasir ticarət formatlarına olan istehlakçı üstünlüklərinin dəyişməsi ilə əlaqədardır və bazar tendensiyalarını əks etdirir.
2024-cü ildə pivə ixracı pozitiv dinamika nümayiş etdirərək 2023-cü il ilə müqayisədə 255% artıb.
Brendlər üzrə nəticələr
"Carlsberg Azerbaijan" 2024-cü ildə istehlakçılar tərəfindən müsbət qarşılanan yeni pivə növlərini təqdim edib. Şirkətin flaqman brendi Xırdalan, keçən ilə nisbətən 20.1% artım nümayiş etdirib. Əsas artım amilləri arasında Xırdalan Draft Premium, Xırdalan 0.0 və sərt pivə seqmentindəki yeni məhsullar yer alıb.
Xüsusi diqqət Carlsberg Group-un innovativ texnologiyası ilə Azərbaycanda istehsal olunan ilk 0.0 alkoqollu pivə Xırdalan 0.0-ın təqdim olunmasına yönəlib. Bu məhsul, Azərbaycan Milli Futbol Komandasının və "Küləyə qalib gəl" şüarı ilə keçirilən Bakı Marafonunun rəsmi tərəfdaşı olub.
Carlsberg, futbol matçlarının yayımlandığı EGP Arenadakı Football Fan Fest platforması ilə uğurla əməkdaşlıq edərək satış həcminin 26.8% artmasına töhfə verib. Kronenbourg 1664 Blanc, uğurlu marketinq strategiyaları və yüksək mövsümdəki tərəfdaşlıqlar sayəsində 2023-cü il ilə müqayisədə satış həcmini təxminən ikiqat artıraraq 96.6% rekord nəticələr əldə edib. Brend, həmçinin Qəbələdəki Essenso Lavanda Festivalını və ilin ən önəmli tədbirlərindən biri olan Bakı Moda Həftəsini də dəstəkləyib. Tuborg, DreamFest 2024 beynəlxalq musiqi festivalının rəsmi tərəfdaşı oldu və satış həcmini 15.2% artırıb.
"Əldə etdiyimiz nəticələrlə qürur duyuruq və istehlakçılarımıza, tərəfdaşlarımıza və əməkdaşlarımıza onların dəstəyi və etimadı üçün dərin təşəkkürümüzü bildiririk. 2021-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində biz 2021-2025-ci illər ərzində istehsalata, pivə sənayesinə və əməkdaşlarımıza 25 milyon manat investisiya yatırmağı nəzərdə tutmuşduq. Məmnuniyyətlə bildirirəm ki, biz 2024-cü ilin nəticələrinə əsasən investisiya planımızı uğurla həyata keçirmişik. 2025-ci ilə gəldikdə, biz pivə sektoruna aid olan sərmayələrimizi genişləndirməyi planlaşdırırıq. Bu, məhsul portfelimizi və onun keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək və ölkənin dayanıqlı inkişafına müsbət töhfə verəcək", - Carlsberg Azerbaijan-ın Baş Direktoru Alius Antulis bildirib.
Xammal və materialların lokalizasiyası
Carlsberg Azerbaijan 2021-ci ildən etibarən Azərbaycanda yetişdirilən yerli arpadan istifadə edir. 2023-cü ildə şirkət, “AzərŞəkər” və “Azərsun” şirkətləri ilə birgə Cənubi Qafqazın illik 11 min tondan çox məhsul istehsal edəcək ilk pivəlik arpa emalı zavodunun təməlini qoyub. Zavodun açılışı 2025-ci ilin birinci yarısında planlaşdırılır.
Dayanıqlı inkişaf
Carlsberg Group-un "Birlikdə Sıfıra Doğru və Daha İrəli" qlobal dayanıqlılıq proqramı çərçivəsində şirkət eko-texnologiyaları tətbiq etməyə, resurs istehlakını azaltmağa və yerli icmaları dəstəkləməyə davam edir. 2024-cü ildə əhəmiyyətli nailiyyətlər əldə edilib, bunlara karbon emissiyalarının 13.7% azaldılması, su və elektrik istehlakının isə əvvəlki ilə müqayisədə 15.5% azalması daxildir.
COP-29 çərçivəsində Carlsberg Azerbaijan WWF Azerbaijan ilə su təchizatı, ətraf mühitin qorunması və yerli icmaların dəstəklənməsi sahələrində əməkdaşlıq etmək məqsədilə üçillik Anlaşma Memorandumu imzalayıb.
Bundan başqa, 2024-cü ildə şirkət “Xəzəri qoruyaq!” ekoloji təşəbbüsü fəal şəkildə dəstəkləməyə davam edib. Şirkət, Lənkəran, Astara, Xaçmaz, Şabran, Siyəzən, Sumqayıt və Bakı şəhərlərindəki Xəzər dənizi çimərliklərinin təmizləmə aksiyalarını təşkil edib. Bu tədbir zamanı 23 hektar sahədən 7 ton tullantı toplanılıb və təkrar emal edilib.
2025-ci ilin yanvar ayında Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Carlsberg Group-un Müşahidə şurasının sədri Henrik Poulsen və Carlsberg Group-un Baş direktoru Yakob Aarup-Andersen ilə görüşüb. Tərəflər, xammal və qablaşdırma materiallarının lokalizasiyası və Carlsberg Group-un Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi üzrə növbəti addımları müzakirə ediblər.
Şirkət haqqında
"Carlsberg Azerbaijan" pivə istehsalı zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə yerləşən Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitrdir. Şirkətdə təxminən 250 nəfər işləyir və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel və restoran sektoru) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin zavodun inkişafına yatırdığı investisiyaların ümumi məbləği 75 milyon manata yaxındır. Şirkətin portfelinə "Xırdalan", "Carlsberg", "Tuborg", "Kronenbourg Blanc 1664", "Əfsanə" kimi məşhur markalar daxildir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
 
                        Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların dövlət proqramlarından istifadə imkanları müzakirə edilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 
                     11 saat əvvəl
                    Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçiriləcək 
- 
                         📲 İndi
 Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
 ♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
 ♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 
                     12 saat əvvəl
                    Starbucks üçün qəhvə çatdırılması xidməti artıq 1 milyard dollarlıq biznesə çevrilib 
- 
                     12 saat əvvəl
                    Qazax və Qusarda dövlət ehtiyacları üçün torpaq sahələri alınacaq 
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 
                     12 saat əvvəl
                    Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılacaq 
- 
                     12 saat əvvəl
                    Azərbaycanda “Huawei”nin həllərinin təqdim edilməsi məsələləri müzakirə olunub 
Son Xəbərlər
 
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
 
                                    Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçiriləcək
 
                                    Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı
 
                                Qazax və Qusarda dövlət ehtiyacları üçün torpaq sahələri alınacaq
 
                                Çin ABŞ-dan hər il 25 milyon ton soya alacaq
 
                                Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
 
                                Misli.az-da böyük uduş: 1 manatlıq mərc 194 min manat qazandırıb
 
                                Türkiyə Mərkəzi Bankının ehtiyatları rekord səviyyədən geriləyib: 13 milyard dollar azalıb
 
                                “Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb
 
                                İcra başçısı vəzifədən azad olundu
 
                                
 
                         
                    





 
                                 
                                
 
                             
                             
                            .jpg)





 
                                     
                                     
                                     
                                    

.jpg)



