İxracdan ən çox qazanan özəl Azərbaycan şirkəti
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın "Yanvar 2025" sayını təqdim edib.
Marja.az İcmala istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-dekabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda 1-ci yeri 93,8 milyon dollarlıq ixrac gəliri ilə "Prime Cotton" MMC (keçmiş “MKT İstehsalat Kommersiya” MMC) tutub. 2023-cü ildə Şirkətin ixracının dəyəri 88,7 milyon dollar təşkil etmişdi.
Beləliklə, "Prime Cotton" şirkətinin ixracdan gəliri 2024-cü ildə 2023-cü illə müqayisədə 5,1 milyon dollar və ya 5,7% artıb.
Azərbaycanın pambıq sənayesində aparıcı şirkətlərdən biri olan "GP Cotton Holdings"in şirkəti olan "MKT İstehsalat Kommersiya" MMC ötən ilin Noyabr ayında rebrendinq edərək fəaliyyətini "Prime Cotton" MMC adı ilə davam etdirir. "Prime Cotton" MMC, 25 ildən artıqdır ki, Azərbaycanda fermerlər və aqronomlarla birgə xam pambığın becərilməsi, tədarükü və emalı istiqamətində fəaliyyət göstərir. İstehsal zamanı davamlılıq və istehsalat xəttinin izlənilməsi müəssisə üçün əsas prioritetlərdir. "Prime Cotton" hər il 160000 ton xam pambıq, 65000 ton pambıq lifi, 5000 ton pambıq yağı və 30000 ton pambıq yemi istehsal etmək imkanına malikdir. "GP Cotton Holdings" Azərbaycanın ən böyük pambıq və tekstil istehsalçısıdır. Bu şirkətlər qrupu pambığın becərilməsindən və yığılmasından tutmuş, emalı və geniş çeşidli geyim məhsullarının istehsalına qədər bütün tədarük zəncirini əhatə edir. "GP Cotton" 5000-dən çox insana iş imkanı verməklə yanaşı tərkibinə daxil olan "GiLTEX" və "Prime Cotton" şirkətləri vasitəsilə 10000-dən çox fermer və aqronomla yaxından əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 30 d. əvvəl
- 34 d. əvvəl
- 36 d. əvvəl
- 38 d. əvvəl
- 42 d. əvvəl
- 44 d. əvvəl
-
56 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)







.jpg)








