“PAŞA Bank” 2025-ci ildə “Azərbaycanın ən yaxşı bankı” elan edilib
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, 2025-ci ildə beynəlxalq maliyyə nəşri “International Investor” tərəfindən “Azərbaycanın ən yaxşı bankı” nominasiyasında qalib elan olunub.
Bank bu mükafata Azərbaycanın qeyri-neft sektorunda qazandığı uğurlara və ölkə iqtisadiyyatının dayanaqlı inkişafına verdiyi töhfələrə görə layiq görülüb.
“International Investor” nəşrinin mükafat laureatlarına həsr olunmuş xüsusi buraxılışında "PAŞA Bank"ın son il ərzində nail olduğu əsas məqamlar barədə geniş məlumat təqdim edilib. Xüsusilə "yaşıl layihələrə" yönəlik investisiyalardakı artım, dayanaqlı biznes həllərinin həyata keçirilməsi, yerli və regional bazarlarda maliyyə mövqelərinin möhkəmləndirilməsi kimi nailiyyətlərdən ətraflı bəhs olunub.
Bu nüfuzlu mükafatın təqdim olunmasını şərh edən Bankın idarə heyətinin sədri Cavid Quliyev qeyd edib ki, "PAŞA Bank"ın bazarda təqdim etdiyi innovativ məhsullar, “yaşıl layihələrin” maliyyələşdirilməsi, sindikat kreditləşmə əqdi, COP29 zamanı həyata keçirdiyi layihələrin miqyası və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun dəstəklənməsi istiqamətində verdiyi töhfə xüsusi önəm daşıyır.
“Keçən il qeyri-neft sektorundakı biznes portfelimiz 3,015 milyard manatı ötüb, KOS portfelində isə öncəki illə müqayisədə 19 faiz artım qeydə alınıb. 2024-cü ilin sonuna cəmi aktivlərimiz 8,2 milyard manata, xalis mənfəətimiz 210,5 milyon manata çatıb. Bu nailiyyətlər beynəlxalq ekspertlərin diqqətindən yayınmır və bütün komandamızın əzmkarlığının və Azərbaycanın maliyyə sektorunda müsbət dəyişikliklər yaratmağa sadiqliyimizin göstəricisidir. Əminəm ki, "PAŞA Bank" bu ildə də real sektor müştərilərinə xidmət sahəsində daha geniş uğurlar qazanacaq və bununla da Azərbaycan iqtisadiyyatının dayanaqlı inkişafına daha böyük töhfələr verəcək,” - deyə Cavid Quliyev qeyd edib.
Xatırladaq ki, “PAŞA Bank” son illər ərzində yerli və xarici ekspert icmaları, o cümlədən “Euromoney”, “Global Finance” və digər maliyyə nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı”, “Azərbaycanın ən yaxşı özəl bankı” kimi nüfuzlu nominasiyalarda qalib elan olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
9 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"






















