Subsidiya verilməsi üzrə şərtlərdə və əmsallarda bir sıra dəyişikliklər edildi
Aqrar Subsidiya Şurası tərəfindən 2025-ci ildə bitkiçilik məhsullarına subsidiya verilməsi üzrə şərtlərdə və əmsallarda bir sıra dəyişikliklərin edilməsi ilə bağlı qərar qəbul edilib.
Bu barədə Marja.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Qərara görə, qaragilə (mavigilə) bitkisi üzrə əkin subsidiyası Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonları ilə yanaşı Quba-Xaçmaz iqtisadi rayonunda əkilən bitkilərə də veriləcək. Şuranın Qərarına müvafiq oaraq torf və perlit qarışığında dibçəklərdə əkilən Qaragilə (mavigilə) bağlarına 15000 manat məbləğində əkin subsidiyası verilməsi ilə yanaşı turşuluq (PH) səviyyəsi 6.5-dən artıq olmayan torpaqlarda 1 hektara minimum 3400 ədəd tingin əkildiyi damcı suvarma sistemi ilə təmin olunmuş qaragilə (mavigilə) bağlarına 7500 manat məbləğində əkin subsidiyası veriləcəkdir.
Şuranın 2024-cü il 29 avqust tarixli Qərarının 2.14.1-ci yarımbəndi ilə müəyyən üzüm, 2.15.1-ci yarımbəndi ilə müəyyən edilmiş çay, habelə 2.16.1.1-2.16.1.13-cü yarımbəndləri ilə müəyyən edilmiş intensiv meyvə bağları üzrə əkin əmsalları 15 hektar və ya daha artıq sahədə əkildikdə bu bəndlərlə müəyyən edilmiş əkin subsidiyasının alınması üçün fermerlər tərəfindən həmin bağlarda iqlim stansiyası qurulması tələb olunur. Müvafiq şərt və Şuranın 2024-cü il 29 avqust tarixli Qərarının 2.14.1-ci yarımbəndi ilə müəyyən edilən əkin əmsalı üzrə üzüm bağlarının salınması şərtləri 2025-ci il 1 yanvar tarixindən sonra salınan bağlara şamil ediləcək.
Şuranın 2025-cü il üzrə bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsinə dair 2024-cü il 29 avqust tarixli Qərarının 31.3-cü bəndi ilə müəyyən şəkər çuğunduru üçün məhsul əmsalı müasir suvarma sistemi ilə təmin olunmuş əkin sahələri üzrə 19 manatdan 22 manata, müasir suvarma sistemi ilə təmin olunmamış əkin sahələri üzrə 18 manatdan 19 manata qədər artırılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
4 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
8 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)








