Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Cümə axşamı günü ABŞ-da önəmli statistik məlumatlar açıqlandı. Göstəricilərin dərc olunması fonunda dollar beynəlxalq birjalarda major valyutalar qarşısında bir qədər ucuzlaşdı. EUR/USD valyuta cütlüyü 1.0260 səviyyəsindən 1.0314 səviyyəsinə qədər, GBPUSD cütlüyü isə 1.2175 səviyyəsindən 1.2260 səviyyəsinə qədər bahalaşdı. USD/JPY cütlüyündə isə eniş tendensiyası davam edib. Məzənnə 156.360 həddindən 154.980 həddinə kimi ucuzlaşıb.
Qızılın dəyəri artıb. Dəyərli metal 2700$ həddini qıra bilib və hal-hazırda 2714$ səviyyəsində ticarət olunur. “Brent” markalı neftin bir barrel üçün qiyməti isə 82.00$-ın üzərində möhkəmlənməyə çalışır. “Qaza qızılın” dəyəri ötən gün 80.50$ həddinə qədər enmiş olsa da, bugün səhər saatlarında bir qədər yüksəlib.
Dünən ABŞ-da dərc olunan məlumatlara əsasən, ölkədə Pərakəndə Satış Dövriyyəsinin Həcmi noyabr ayı ilə müqayisədə dekabr ayında 0.4% artıb. Analitiklər göstəricinin orta hesabla 0.6% artacağını proqnozlaşdırmışdılar. İllik ifadədə göstərici 3.9% artıb. Həmçinin, Amerikada işsizlik müavinəti müraciətlərinin sayı ötən həftə 14 min artaraq 217 minə çatıb. Yanvarın 4-də bitən həftədə isə işsizlik müavinətini almağa davam edən amerikalıların sayı 1.867 milyon nəfərdən 1.859 milyona nəfərə qədər enib.
Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara əsasən, Birləşmiş Krallığın iqtisadiyyatı oktyabrda 0.1% zəiflədikdən sonra, noyabr ayında ölkə ÜDM-i 0.1% artaraq yenidən böyüməyə başlayıb. Analitiklər hesabat dövründə 0.2%-lik artımın olacağını proqnozlaşdırmışdılar. Eləcə də, noyabr ayında Sənaye Sektorunda İstehsal Həcmi və Emal Sənayesi Sektorunda İstehsal Həcmi müvafiq olaraq 0.4% və 0.3% azalıb. Ölkənin Ticarət Saldosunun kəsiri isə 19.33 milyard funt-sterlinqdən 19.311 milyard funt-sterlinqə qədər azalıb
Avropa Statistika Agentliyi “Eurostat”-ın verdiyi məlumata əsasən, Avrozonanın Ticarət Saldosu noyabr ayında 16.4 milyard avro təşkil edib. Almaniyada noyabr ayı ilə müqayisədə dekabr ayında İstehlak Qiymətləri İndeksi illik ifadədə 2.2%-dən 2.6%-ə qədər yüksəlib. Aylıq ifadədə isə istehlak qiymətləri noyabr ayında 0.2% azaldıqdan sonra, dekabr ayında 0.5% artıb.
Bugün İnvestorların diqqət mərkəzində Bakı vaxtı ilə saat 14:00-da Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi olacaq. Həmçinin, Böyük Britaniyada Pərakəndə Satış Dövriyyəsinin Həcmi, ABŞ-da isə Sənaye Sektorunda İstehsal Həcmi və Tikintisi Başlanan Evlərin Sayı göstəriciləri dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























