Unicapital: İnvestisiyaya hüquqi yanaşma – MÜSAHİBƏ
İnvestorlar brokerlərlə müqavilə bağlayarkən nələrə diqqət yetirməlidirlər? Şirkətlər investorların şəxsi məlumatlarının qorunmasını necə təmin edir? Bu sahəyə ilk addımlarını atan investorlara nələr tövsiyə olunur?Uğurlu investisiya fəaliyyətinin əsasında maliyyə savadlılığı ilə yanaşı hüquqi biliklər dayanır. Hər bir investorun nəzərə almalı olduğu önəmli nüanslar barədə müsahibimiz Nicat Şamilli - Unicapital İnvestisiya Şirkətinin Direktoru və Baş komplayens inzibatçısı danışıb.
- Ölkəmizdə investorların hüquqlarını qorumaq üçün hansı mexanizmlər mövcuddur?
- Bu sahədə əsas diqqət investorların fəaliyyətinin müdafiəsi, mübahisələrin həlli və əlverişli investisiya mühitinin yaradılmasına yönəlmişdir. İnvestorların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmişdir. Ölkəmizdə investorlara və onların investisiyalarına qarşı əsassız, ayrı-seçkilik yaradan münasibət və ya digər bu kimi xoşagəlməz hallar qadağan edilir. İnvestorların hüquqları milli məhkəmələr tərəfindən də qorunur. Bundan əlavə, ölkəmizdə bir sıra beynəlxalq investisiya mübahisələrinin həlli mexanizmləri qəbul olunur, ehtiyac olduqda, beynəlxalq arbitraj imkanları nəzərdən keçirilir.
Əlavə olaraq qeyd etmək lazımdır ki, dövlət orqanları investorların hüquqlarının qorunması istiqamətində müntəzəm monitorinqlər aparır.
- İnvestorlar brokerlərlə müqavilə bağlayarkən nələrə diqqət yetirməlidirlər?
- Əsas diqqət yetirilməli məqamlar aşağıdakılardır:
Lisenziya yoxlanışı – brokerin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziyalaşdırılmış olub-olmadığını yoxlamaq lazımdır.
Brokerin etibarlılığı – brokerin keçmiş fəaliyyəti, reputasiyası və bazardakı təcrübəsi haqqında məlumat əldə edilməlidir.
Müqavilənin detallarına diqqət – investor müqaviləni imzalamamışdan əvvəl hər bir bəndlə diqqətlə tanış olmalı, sual doğuran məsələləri aydınlaşdırmalı, razı olmadığı halları əsaslandırmaqla düzəliş tələb etməkdən çəkinməməlidir.
- Şirkətlər investorların şəxsi məlumatlarının qorunmasını necə təmin edir?
Ölkəmizdə şəxsi məlumatların qorunması “Fərdi məlumatlar haqqında” Qanunla və beynəlxalq standartlarla tənzimlənir. Şirkətlər investorların şəxsi məlumatlarını yalnız qanunla müəyyən edilmiş məqsədlər üçün və onların razılığı ilə toplaya bilər. Şəxsi məlumatların toplanması, işlənməsi və qorunması qaydalarını müəyyən edən Məxfilik Siyasəti hər bir şirkət tərəfindən hazırlanmalı, qanunvericilik tələblərinə cavab verməlidir.
- Hüquqi baxımdan bu sahəyə ilk addımlarını atan investorlara nə tövsiyə edərdiniz?
- Yeni başlayan investorlar ehtiyatlı yanaşmalı və qərar qəbul etməzdən əvvəl hərtərəfli araşdırma aparmalıdır. Xidmətlərlə bağlı tərəflər arasında müqavilə bağlanılan zaman müqavilə ilə tanış olmaq, qeyri-müəyyən bəndlərin aydınlaşdırılmasının tələb edilməsi investorlar üçün yarana biləcək risklərin azaldılmasına və aradan qaldırılmasına kömək edəcəkdir.
Onu da əlavə etmək istərdim ki, investisiyaların hüquqi aspekti Unicapital-ın fəaliyyətinin ayrılmaz hissəsidir. Şirkətimizdə bütün proseslər investisiyaların etibarlılığına və təhlükəsizliyinə zəmanət verən qanunvericiliyə əsaslanır. Məsələn, 2022-ci ildən başlayaraq bütün müqavilə şərtlərini ictimai şəkildə rəsmi səhifəmizdə yerləşdirmiş, bununla da şəffaflığı təmin etmişik. Həmçinin şirkətimizdə qanunvericiliyin tələblərinə əsasən istehlakçıların müraciətləri üzrə koordinator vəzifəsi təsis edilmişdir. Bütün bunlar müştərilərimizin xidmətlərimizə olan əlçatanlığını təmin etməyə, habelə onları narahat edən məsələlərin çevik həlli üzrə kommunikasiyanın təmin edilməsinə yönəlmişdir. Həmçinin hazırda yeni korporativ idarəetmə standartlarının tələblərinə uyğunlaşma prosesi çərçivəsində Cəmiyyətimizin Nizamnaməsində dəyişikliklərin edilməsini yekunlaşdırmaq üzrəyik.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
7 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir





















