“Rəqəmsal ekologiya” informasiya sistemi yaradılıb
Azərbaycanda “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) yaradılıb.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
“Rəqəmsal ekologiya” informasiya sistemi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə nazirliyin fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin əlçatanlığını təmin edəcək.
REİS-in sahibi funksiyalarını nazirlik, operatoru funksiyalarını isə nazirliyin tabeliyindəki “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxs həyata keçirəcək.
Maliyyə Nazirliyinə REİS-in formalaşdırılması, aparılması və saxlanılması xərclərinin ETSN-in sərəncamında olan məqsədli büdcə fondları vasitəsilə maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, Nazirlər Kabinetinə isə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
REİS-in fəaliyyətinin təşkili, onun saxlanılması, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər ETSN-in sərəncamında olan məqsədli büdcə fondları və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.
Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə REİS, o cümlədən REİS-də toplanılan məlumatlar, eləcə də REİS-in və həmin məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılacaq.
REİS-ə Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatları (şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, qeydiyyat ünvanı, fotoşəkli, FİN-i), ov silahından istifadəyə dair icazə sənədinin məlumatları (icazə sənədinin nömrəsi, qeydiyyat tarixi, etibarlılıq müddəti, silahın markası, nömrəsi, kalibri, istehsal tarixi), vergi ödəyicisi barədə məlumatlar (VÖEN, hüquqi şəxsin adı), şəxsin pensiya və qüvvədə olan əmək müqaviləsi üzrə məlumatlar (şəxsin pensiyaçı olub-olmaması barədə məlumat, şəxsin qüvvədə olan əmək müqaviləsi üzrə cari iş yeri barədə məlumat) ötürüləcək.
Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların və digər hüquqi şəxslərin REİS-dən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilcək. Bu halda qurumların və digər hüquqi şəxslərin rəhbər şəxsi tərəfindən REİS-də qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslər Vahid Giriş Sistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq həmin informasiya ehtiyatlarından və sistemlərindən istifadə edəcəklər.
Fiziki şəxslər Vahid Giriş Sistemi vasitəsilə REİS-də identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq REİS-dən istifadə edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
7 saat əvvəl
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
-
7 saat əvvəl
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı - TAM VERSİYA
-
9 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
-
9 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 10 saat əvvəl
-
10 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Ən çox oxunanlar
Dövlət Agentliyinin sədrinə yeni müavinlər təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım



























