"Azərbaycana Rusiyadan keyfiyyətsiz, qida dəyərini itirmiş toyuq ətinin idxalı artıb" - Assosiasiya
"Əgər Rusiyanın özündə toyuq əti qıtlığı yaşanırsa, idxa rüsumlardan azad olunursa, bu ölkədən normal qida dəyəri olan toyuq ətinin ixracına imkan verilə bilərmi? Yaxud normal toyuq ətinin qiyməti ixrac ölkəsi Rusiyada, Azərbaycanda qeydə alınan qiymətdən ikiqat ucuz ola bilərmi?"Azərbaycanın ərzaq bazarında qida təhlükəsizliyinin təmin olunması ölkə rəhbərliyinin birbaşa diqqətində olan məsələlərdən biridir. Bu sahədə dövlətin iradəsinə qarşı olan prosesləri görən hər kəs onların önlənməsi üçün əlindən gələni etməyə borcludur. Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası bu prinsipi əsas götürməklə həm ölkə ictimaiyyətinin, həm də əlaqədar dövlət qurumlarının diqqətini son aylarda müşahidə olunan təhlükəli bir prosesə cəlb etmək niyyətindədir.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaydığı məlumatda bildirilir ki, ki, 2024-cü ildən başlayaraq Azərbaycana xaricdən, xüsusilə də Rusiyadan toyuq ətinin idxalında artım müşahidə olunur. Ölkənin daxili tələbatının təmin olunması üçün xaricdən ərzaq mallarının, o cümlədən də toyuq ətinin idxalı təbii prosesdir, çünki yerli istehsal daxili tələbatı tam təmin etmək üçün yetərli deyil. Lakin idxal olunan məhsulun keyfiyyəti Azərbaycanda qəbul olunmuş qida təhlükəsizliyi tələblərinə mütləq cavab verməlidir.
"Dövlət Statistika Komitəsinin açıqladığı statistikadan aydın olur ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana Rusiyadan 10 min 833,2 ton ev toyuğu əti idxal olunub. Sosial şəbəkələrdə yayılan və linkini press-relizə əlavə etdiyimiz rolikdən aydın olur ki, Rusiyadan gətirilən toyuq əti əsasən ana toyuqların ətidir.
Hansı ki, həmin toyuqlar qocalaraq yumurta vermək potensialını itiriblər. Belə toyuqların əti çox keyfiyyətsiz, demək olar ki, bütün qida dəyərini itirmiş formadadır.
Bir faktı qeyd edək ki, ötən ilin əvvəlindən Rusiyada toyuq ətinin çatışmazlığı və qiymətlərin sürətlə bahalaşması baş verib. Nəticədə Rusiya hökuməti 100 min ton toyuq əti idxalını rüsumlardan tamamilə azad edib. Əgər Rusiyanın özündə toyuq əti qıtlığı yaşanırsa, idxa rüsumlardan azad olunursa, bu ölkədən normal qida dəyəri olan toyuq ətinin ixracına imkan verilə bilərmi? Yaxud normal toyuq ətinin qiyməti ixrac ölkəsi Rusiyada, Azərbaycanda qeydə alınan qiymətdən ikiqat ucuz ola bilərmi?
Bütün bunları nəzərə alaraq, Azərbaycan istehlakçılarını diqqətli olmağa, əlaqədar dövlət qurumlarını isə keyfiyyətsiz məhsulların ölkəyə idxalının qarşısını almağa çağırırıq", - Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası bildirib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
6 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)



.jpg)







