"Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib"
Emalatxanada 10 nəfərin öldüyü partlayışla bağlı MƏHKƏMƏ“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hakim tərkibində dəyişiklik olduğu üçün məhkəmə istintaqı yenilənib.
Prokuror ittiham aktını elan edib.
Daha sonra Tağı İbrahimovun vəkili vəsatət verərək bildirib ki, müdafiə etdiyi şəxs özünü təqsirli bilmir. Buna baxmayaraq, o, ittiham olunduğu iş üzrə 400 min manat vergi borcunu ödəyib. O, eyni zamanda zərəçəkmişlərin və hüquqi varislərin bir qisminə maddi təzminat ödəyərək barışıq əldə edib. Vəkil, onun digərilərinə də yardım edə bilməsi üçün Tağı İbrahimovun haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənilməsini xahiş edib.
Toğrul Rzayevin vəkili də müdafiə etdiyi şəxslə bağlı qətimkan tədbirinin dəyişdirilməsini istəyib.
İclasda iştirak edən zərərçəkmiş şəxslərin hüquqi varisləri maddi köməklik göstərilərsə, həbs qətimkan tədbirinin dəyişdirilməsinə etiraz etməyəcəklərini bildiriblər.
Məhkəmə vəsatətləri təmin etməyib.
Proses yanvarın 15-də davam etdiriləcək.
Qeyd edək ki, bu il yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.
İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
© APA
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
7 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
9 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 11 saat əvvəl
-
11 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək

























